Masazır sakini Qasımov Cahangir Qulu oğlu "Hürriyyət"ə müraciət edərək, mövcud probleminin işıqlandırılmasını xahiş edib. Qarabağ Qazisi olan Cahangir Qasımov Masazırda yerləşən bağ evinə qaz xətti çəkdirə bilmir. O Asan Kommunal xidmətinə müraciət etsə də, ona özəl şirkət vasitəsilə ödəniş müqabilində qaz xəttinin çəkiləcəyi deyilib:
"Masazırda da bağ evimiz var. Ev qardaşım Qasımov Ayaz Qulu oğlunun adınadır. Evin də sənədləri qaydasındadır. Mənzilin işığı və suyu çəkilib. Lakin qaz xəttini çəkdirə bilmirəm. Asan Kommunal xidmətinə getdim. Bildirirlər ki, özəl şirkət sizin qaz xəttinizi çəkməlidir. Turbanın və digər lazım olan xərcləri hesablayıb mənə deyirlər. Bütün xərcləri bizim üzərimizə atırlar. Qanunla hasara kimi xətt çəkilir. Hasardan içəri isə özüm xərcləri ödəyirəm. "AzəriQaz" İB-nin baş idarəsinə də getmişəm. Ordan dedilər ki, ərizə yazın nəzərə alınacaq. Lakin heç bir nəticəsi yoxdur. Xahiş edirəm ki, köməklik göstərilsin".
"Hürriyyət"