Axtarış...

Arzu Rəhimovun müharibə zamanı KORONA BƏHANƏSİ... - kimlər ordudan necə yayınıb?

Arzu Rəhimovun müharibə zamanı KORONA BƏHANƏSİ... - kimlər ordudan necə yayınıb?



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun İkinci Qarabağ müharibəsi zamanı ciddi ayrı-seçkiliyə yol verdiyi iddia olunur.

Millitv.az xəbər verir ki, xidmətin adının çəkilməsini istəməyən əməkdaşı da məlumatı "Arqument.az"a təsdiqləyir.

Bildirilir ki, Rəhmovun "neqodnı” hərbi "bilet biznesi" və digər korrupsiya əməlləri dəfələrlə müaviq qurumlara da şikayətlər edilib, bu problemlər mediada işıqlandırılıb.

Onun 2020-ci ildə 44 gün davam edən müharibə dövründə məmurlar, oliqarxlar, biznesmenlər və digər imkanlı şəxslərin övladlarını müharibədən yayındırdığı da bir müddətdir ki, müzakirə olunur.

Azərbaycanda 66 rayon, 11 respublika tabeli şəhər var və maraqlıdır ki, müharibədə nəinki bir icra başçısı, polis rəisi, prokuror, məhkəmə sədri, hətta bu rayon və şəhərlərin hərbi komissarlarının da övladları iştirak etməyib.

Məlumata görə, xidmət rəisi və onun yerli şöbələri bu prosesi həyata keçirmək üçün "koronavirus" bəhanəsindən yararlanıb.

"Azərbaycanda müharibə dövründə elan olunan qismən hərbi səfərbərlik zamanı Rəhimovun və tabeliyindəki qurumların fəaliyyəti araşdırılsa, ortaya ciddi faktların çıxacağı şübhə doğurmur", - deyə "Arqument.az"a bildirilib.

Bundan başqa, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti "oğlunu gizlədən"lərin siyahısını da açıqlamır: "Ölkənin bütün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrindən bir nəfər də olsun nə məmur, nə deputat, nə də imkanlı övladı müharibədə iştirak etdi. Arzu Rəhimov xalqa hesabat verməlidir. Məgər bu müharibə təkcə kasıblar üçün idi? Bir evdən iki gənci aparıb ocağını söndürən bir adam niyə indiyə qədər vəzifədə saxlanılır ki? Niyə 44 günlük müharibədə vəzifəli, imkanlı şəxslərin övladları iştirak etmədi? Onlardan alınan milyonlarla rüşvət xalqa, şəhid ailərlərinə, qazilərə geri qaytarılmalıdır".

Mətbuatda yazılanlara görə isə Arzu Rəhimovun digər qazanc mənbəyi isə hərbi komissarlığa xidməti uniformaların satılması ilə formalaşır. Uniforma və digər xidməti ləvazimatları dövlət büdcəsinə hesabına təmin olunmalı Xidmət əməkdaşlarının maaşlarından pullar tutulur. Uzun illərdir strukturda baş verən qanunsuzluğa isə SHXÇDX əməkdaşları vəzifələrindən kənarlaşdırılma qorxusuna ilə susurlar.

Məlumatda həmçinin Bakı şəhəri Nərimanov rayon Teymur Əliyev küçəsində, Ukrayna Respublikasının səfirliyi yaxınlığında Arzu Rəhimova məxsus bir neçə milyonluq malikanənin olduğu iddia edilir.

"Arqument.az" mövzunu araşdırmaq məqsədilə dekabr, mart, aprel və may aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova rəsmi sorğular göndərib.

Sorğuda qismən səfərbərlik zamanı Xidmətin rəhbərliyində təmsil olunanların, rayon şöbələrinin rəislərinin, nazir, məmur və deputatların neçəsinin övladının orduya çağırıldığı və digər suallar əksini tapıb.

Lakin bu müddət ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Konstitusiyanın 50-ci maddəsini və "İnformasiya əldə etmək haqqında" Qanunu kobud surətdə pozaraq sualları cavablandırmayıb.

Mayın 6-da isə "Arqument.az"ın əməkdaşı Xidmətin "Qaynar xətti" ilə əlaqə saxlayaraq, sorğuya cavab verilməsini istəyib.

Xidmətin səfərbərliyə çağırış şöbəsindən Əbiyev adlı şəxs sorğuya cavab veriləcəyini desə də, suallar cavabsız qalıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz