Axtarış...

Online satış dələduzları ilə necə mübarizə aparmalı? - AKTUAL

Online satış dələduzları ilə necə mübarizə aparmalı? - AKTUAL


Son günlər daha da geniş vüsət alan dələduzluq hallarının ardı-arası kəsilmir. Xüsusən online satış adı ilə insanları aldadan fırıldaqçılar çoxalıb.

Redaksiyamıza bununla bağlı növbəti şikayət daxil olub.

Belə ki, Nuray Xantəmirova adlı şikayətçi "Tik-Tok" sosial şəbəkəsində satış səhifələrinin birindən məhsul almaq istəyib. Məhsulun ödənişini əvvəlcədən edən xanım dələduzluğa məruz qalıb. Belə ki, qarşı tərəf onun mesajlarına cavab verməyərək, nömrəsini qara siyahıya atıb.

Millitv.az xəbər verir ki, sonxeber.az məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevdən açıqlama alıb.

O bildirib ki, belə şəxslər barəsində polis əməkdaşları tərəfindən əməliyyat-texniki tədbirlər həyata keçiriləcək:

"Bu cür məsələlərlə bağlı daxili işlər orqanlarına edilən müraciətlərə əsasən, polis əməkdaşları tərəfindən əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər həyata keçirilir. Dəfələrlə vətəndaşlarımıza xəbərdarlıq etmişik ki, bu kimi neqativ hallarla rastlaşmamaq üçün daha diqqətli olmaq lazımdır. Belə hallarla rastlaşacaqları təqdirdə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə və yaxud nazirliyin sosial şəbəkələrdəki "Polisazerbaycan" səhifələrinə məlumat vermələrini xahiş edirik".

Online satış dələduzları ilə necə mübarizə aparmalı?
Online satış dələduzları ilə necə mübarizə aparmalı? - AKTUAL
Text-to-Speech

DİNLƏ






Şərh yaz