Axtarış...

"Xaliq Faiqoğlu"da işçi haqqı pozulur - İDDİA

"Xaliq Faiqoğlu"da işçi haqqı pozulur - İDDİA


“Xaliq Faiqoğlu” şirkətinin tarixçəsi ilə bağlı qısaca onu deyə bilərik ki, 2002-ci ildə fiziki şəxs kimi Rusiya istehsalı olan az sayda Qazel markalı mikroavtobusla 65 saylı xətt üzrə xidmət göstərməyə başlamışdır;
Sonradan 2004-cü ildə “Xaliq Faiqoğlu” MMC təsis edilmiş və 50 ədəd xırdatutumlu Mercedes Benz markalı mikroavtobuslar 18 və 65 saylı marşrut xəttləri üzrə istismara verilmişdir;
2006-2007-ci illərdə Ramiz Mehdiyevin cangüdəni Təhməzlə tanışlıqdan sonra iritutumlu 25 ədəd İveco Eurociti markalı avtobuslar 65 saylı marşrutda istismara buraxılmış əlavə 79 saylı marşrut xətti istifadəyə verilmişdi;
Sonrakı illərdə Türkiyə, Koreya istehsalı olan avtobusar istismara buraxılmışdır.
Şirkətdə baş verən neqativ hallarla bağlı kifayət qədər yazdığımız üçün yazılanları təkrar etmək istəmirik.
Şirkətlə bağlı ən son məlumat nədir..?
İki gün öncə bəlli oldu ki, "Nar mobile" "Xaliq Faiqoğlu"nu məhkəməyə verib.
Azərbaycanda aparıcı mobil rabitə operatorlarından biri olan “Azerfon” MMC ("Nar mobile") paytaxt Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Digər son məlumatdan bəlli olur ki, 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərinə sahib olan Ramiz Mehdiyevin cangüdəni olan Təhməzin şərikli işlətdiyi “Xaliq Faiqoğlu” MMC-nin hazırda dövlət büdcəsinə 75 min 871 manat 35 qəpik vergi borcu var.
Başqa bir məlumata nəzər salaq.
Məlumdur ki, 44 günlük Zəfər savaşında şirkətlərin işçiləri müharibə zonasına ezam olunmuşdular.
O cümlədən “Xaliq Faiqoğlu” şirkətinin sürücüləri…
Və müharibədən sonra sürücülər Xaliq Faiqoğludan halal maaşlarını ala bilmirdilər…
Amma şirkətin baş direktoru Faiq Seyidov mediaya verdiyi müsahibədə deyib ki, Vətən Müharibəsi zamanı cəbhəyə göndərilən bütün sürücülərin və texniki heyət üzvlərinin aylıq maaşları və digər sosial xərclərinin qarşılanması şirkət tərəfndən tam təmin edilib. “Göstərilən xidmətləri və çəkilən xərcləri vətən qarşısında borcumuz hesab edirik və məmnuniyyətlə vurğulamaq istəyirəm ki, Vətən müharibəsi dövründə “Xaliq Faiqoğlu” şirkəti üzərinə düşən hərbi-nəqliyyat vəzifələrini tam və qüsursuz icra edib”.
Sürücülər deyir ki, bizə tapşırılan bütün xidmətləri yerinə yetirdik. Bizə bildirilmişdi ki, şirkətin İbrahim va İlyas adlı nümayəndələri bütün ezamiyyə xərclərini ödəyəcəklər. Lakin bu günə qədər bizə həmin pullar ödənilməyib.
Deməli, Faiq Seyidovun hüquqşünası Musa sürücülərə deyir ki, gəlin hərənizə 400-500 manat verək çıxın gedin.
Sürücülər isə deyir ki, bizə qanunla 2500-3000 manat arasında ezamiyyə xərci düşür.
Xaliqin oğlu Faiq isə onların pulunu vermək istəmir.
İndi Faiq Seyidova suallarımızı verək.
Birincisi, Faiq Seyidov, sağlığına qismət, 10 min dollara palto geyə bilirsən, amma, müharibədə həyatını təhlükəyə atmış sürücülərin əmək haqqını vermək istəmirsən.
İkincisi, gəlin hərənizə 400-500 manat verək çıxın gedin nə deməkdir..?
Üçüncüsü, qolundakı saatın qiyməti neçə min dollardır, ay Faiq Seyidov..?
Yenə sağlığına qismət. Amma...
Əmması odur ki, hər gün istifadə etdiyimiz avtobusların salonunda 2 cürə saat var.
Saatların biri səhər 9-30-u göstərir, o biri saat isə axşam 18-40-ı...
Bax, Faiq Seyidov, sənin mahiyyətin, məzmunun budur...
Bir avtobusun salonunda zaman gah səhər, gah da axşamı göstərir.
İnanmırsansa, buyur, get avtobuslarına nəzarət elə...
Faiq Seyidov, bəlkə başqa məsələyə də nəzər salaq...
Ay Faiq Seyidov, əynindəki palto ilə qolundakı saatın qiyməti neşə yüz mindir...yenə sağlığına qismət.
Bəs onda dövlətə olan vergi borcunu niyə ödəmirsən..?
Səni buna görə məhkəməyə veriblər...
Faiq Seyidov, bir vacib məsələni də xüsusi olaraq qeyd edək.
Avtobuslarda həmişə plastik oturacaq yerlərinin üstündə nazik döşəkcə olub ki, sərnişin əziyyət çəkməsin.
Sənin son 1 ayda ölkəyə gətirdiyin bütün avtobusların oturacaqları ancaq daş kimi plastikdən ibarətdir.
Sən canın, bu əməli törətməkdə heç utanıb, abır-həya etmədin..?
Ay adam, dünyanın heç bir yerində belə avtobus oturacaqları yoxdur...
Büytün bunlar azmış kimi, Faiq Seyidov özünü elə aparır ki, elə bil onun himayədarı Ramiz Mehdiyev yenə də PA-da işləyir.
O baban ölüb ee, Faiq Seyidov.
Ramiz Mehdiyevin “oxrana”sının rəisi Təhməzin qılıncının nəinki dalı, heç qabağı da işləmir.
Aydın oldumu, Faiq Seyidov..?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz