Axtarış...

Şəhid məqamı

Şəhid məqamı
Bəzən belə ittihamlar eşidirik ki, şəhid yalnız kasıb balası olur. Bu, həqiqətdir və məntiqəuyğundur. Başqa cür ola da bilməz. Hamı yaxşı bilir ki, ölkəmizdəki varlılar pullarını halal yolla qazanmayıblar. İnsanların cibinə giriblər, dövlət büdcəsindən xalqın malını oğurlayıb milyonlara sahib olublar. Övladlarını da bu haram pullarla böyüdüblər. Amma təkcə bu deyil. Onların harınlamış övladları qumar, narkotika , zina kimi haram əməllərlə də özlərini murdarlayıblar. Minlərlə qızın ismətini pulla satın alıblar. Avtoşluq edərək neçə ömrü yarıda qırıblar. Allah belələrini şəhidlik kimi muqəddəs bir məqama qəbul edərmi?

Adətən Şəhidlərin üzlərində, son nəfəslərində üzlərini nurlandlran təbəssümü görənlər bunu möcüzə sayır və səbəbini başa düşməkdə çətinlik çəkirlər. Halbuki Qurani Kərimdə Şəhidlərin son məqamda sevinc hissi keçirmələrinin səbəbi gözəl şəkildə izah edilir. Müqəddəs kitabımızda bildirilir ki, onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinirlər. Diqqət etmisinizsə, səhid olanlar mənəvi baxımdan da yaşıdlarından fərqlənir. İmanlı, dürüst, ağıllı, ilk növbədə isə yüksək mənəviyyata malik və vətən sevgisi ilə yaşayan bu gənclərin seçilmiş bəndələr oluğunu çoxları sonadək dərk edə bilmir. Qurani-Kərimdə bu fikir dəfələrlə təsbit olunub:” Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarix olur. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi oldugu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar. Şəhidlik kimi uca bir maqama nail olan oğullarımızdan biri də Yusif Nadir oğlu Nəcəfovdur.
Şəhid məqamı
Yusif Nəcəfov 14 oktyabr 2001-ci ildə Yasamal rayonunda doğulub. Atası Nadir bəy, anası Flora xanımın Yusifi böyük sevgi, nəvazişlə böyütdüklərinə, hər bir istəyini dərhal yerinə yetirdiklərinə baxmayaraq, bu qarayanız, sirin oğlan nəinki ərköyün olmadı əksinə, zəkasına, qanacaq və tərbiyəsinə görə bütün qohumların, məhəllənin, oxuduğu 52 nömrəli tam olrda məktəb kollektivinin sevimlisinə çevrildi. Xeyirxah qəlbli Yusif hamıya koməyə can atar, valideynlərinə hər işdə yardımçı olar, qadınların, ahıl insanların əlindən zənbilləri alıb evlərinə qədər daşıyar, zəifləri müdafiə edər, hamişə haqlının tərəfində olardı. Uşaq yaşlarından idmana böyük marağı vardı. 5-6 il cüdo idman növü ilə məşğul olan Yusif İran, Türkiyə, Gürcüstan və Azərbaycanın müxtəlif şəhərlərində keçirilən çoxsaylı idman yarışlarının iştirakçısı olub, nailiyyətlər əldə edib. Uşaqlıqdan Vətən torpaqlarının işğalda qalması onun kiçik ürəyində ağır dərdə çevrilmişdi. Düşmənə dərin nifrət hissi ilə böyüyən Yusif hərbi xidmətə can atırdı. Nəhayət 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinə hərbi xidmətə yola düşdü. Əsgərliyə getməmişdən əvvəl sanki şəhid olacağı qəlbinə dammış kimi bütün qohumlara baş çəkdi, dostları , tanışları ilə halallaşdı. Anasının ürəyi o günlər yaman narahat idi. Çünki o biri oğlu da hərbi xidmətdə idi. Bütün həyatları iki ciyərparalarına bağlı olan Nadir və Flora gecə gündüz nigarançılıq keçirir, həyacan və qorxu ilə günləri sayırdılar. Anasının yaşlı gözlərindən opərək ona təsəlli verən oğlunun dalınca su atan ana arzuladı ki, oğlu sağ-salamat qayıtsın, digər analar kimi övladlarına toy etsin, evinə gəlin gətirsin. Yusiflə bağlı arzuları həddən artıq çox idi. Amma deyir sən saydığını say, gör fələk nə yazır.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşlərə atılarkən düsməndən qisas almaq imkanı əldə etdiyi üçün sevinirdi. Dünənki uşaq, 18 yaşlı gənc əsgər düşmənlə hər döyüşə qorxmadan atılırdı. Oktyabrın 1-i cəbhədə yaralananda da qospitala getməkdən imtina etmişdi. Lakin yarası ağır olduğundan 12 gün müalicə almalı oldu. Lakin yarası sağalar-sağalmaz yenidən cəbhəyə can atdı və 13-cü gün təkrar döyüşə qayıdıb elə həmin gün də cəbhənin Kəlbəcər rayonu istiqamətində şəhidliyə ucaldı. Yusif oktyabrın 13-də Murovdağ uğrunda döyüşlərdə həlak oldu və ən uca məqama yüksəldi.

Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunsa da sonradan məzarı II Şəhidlər Xiyabanına köçürüldü.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Yusifin şəhid olması xəbəri ilə valideynlərinin onun üçün ürəklərində böyüdüb cücərtdikləri bütün arzuları, xəyalları bir anda məhv oldu. Sanki güclü bir zəlzələ baş verdi, bu arzular dünyasını, xəyalları yerlə bir edib Nadir və Floranın həyatlarını qaraltdı. Bala dərdi onları cavankən qocaltdı, Yusifsiz yaşamağı bacarmayan Nadirin50 yaşında qəlbi dözmədi. 3 dəfə keçirdiyi infaktdan sonra gözlərini bu dünyaya əbədilik yumdu. Sevimli həyat yoldaşını oğlu və qızı ilə başbaşa qoydu. Allah bütün Şəhidlərimizə rehmət eləsin. Amin.


Şəhid məqamı
Nazilə Atakişiyeva
Azərbaycan jurnalistlər birliyinin ūzvū
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz