Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev əmlaklarını itirməmək üçün müxtəlif üsullara əl atır.
Millitv.az qaynarinfo-ya istinadən xəbər verir ki, general əvvəlcə əmlaklarının üzərindən həbs qərarının götürülməsinə çalışsa da, bu mümkün olmayıb. Əmlaklarının əlindən çıxacağını görən Mövlan Şıxəliyev varidatını yaxınlarının, o cümlədən həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına keçirib.
Bəzi iddialara görə, bundan sonra həyat yoldaşı ilə formal olaraq boşanıb. Hətta iddia olunur ki, general hansısa yolla xanımına ikinci qrup əlillik statusu alıb. İddia olunur ki, bununla o, xanımının məsuliyyətdən kənarda saxlanılmasına çalışır.
Mövlan Şıxəliyevin özünün və ailə üzvlərinin adına olan, üzərinə məhkəmə qərarı ilə həbs qoyulan əmlakların siyahısını təqdim edirik:
- Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi. Dəyəri 482 000 manat.
- Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198,1 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 770 609 manat.
- Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kvadratmetr sahəsi olan zirzəmi. Dəyəri 35 500 manat.
- Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 974 600 manat.
- Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 214 000 manat.
- Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 31 500 manat.
- Binəqədi rayonu, Goradil kəndi, 690A ünvanında yerləşən daşınmaz əmlakı. Dəyəri 39 528 manat.
Generalın həyat yoldaşı Aybəniz Şıxəliyevanın adına olan əmlaklar:
- Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 26 240 manat.
- Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kvadratmetr əmlak. Dəyəri 17 000 manat.
- Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 37 600 manat.
- Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 400 000 manat.
- Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403,3 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 1 452 000 manat.
- Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137,7 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 535 653 manat.
- Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137,7 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 738 711 manat.
Qızı Samirə Əliyevanın adına olan əmlaklar:
- Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167,3 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 650 719 manat.
- Binəqədi rayonu, Novxanı kənd, 686 ünvanında yerləşən 214,3 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 257 172 manat.
- Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087,7 kvadratmetr sahəsi olan daşınmaz əmlak. Dəyəri 1 305 240 manat.
Oğlu Elgün Şıxəliyevin adına olan mülklər:
- Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 360 000 manat.
- Səbail rayonu, prospekti ev 7 ünvanında yerləşən daşınmaz əmlak. Dəyəri 714 985 manat.
İddialarla bağlı generalın vəkili Arzu Cavadovla əlaqə saxladıq. Lakin vəkil telefon zənglərinə cavab vermədi.