Axtarış...

Subsidiya və dərman pulu maxinasiyası... – Fermerlər Prezidentə müraciət etdi

Subsidiya və dərman pulu maxinasiyası... – Fermerlər Prezidentə müraciət etdi

“Biz aşağıda imza edən fermerlər bildiririk ki,pambıqçılıq sahəsində dövlət qayğısını normal şəkildə hiss etmirik”. ANAXEBER.info xəbər verir ki, bu barədə Bərdə rayonundan bir qrup fermerin Prezident İlham Əliyevə və Kütləvi İnformasiya Vasitələrinə ünvanladığını müraciətdə bildirilir. Fermerlər yazır ki, pambıq əkinlərini suvarmaq üçün sudan korluq çəkməklə yanaşı, 2020-ci ildə pambıq əkinləri üçün, onlara verilməli olan subsidiyanı ala bilmirlər. Şikayətçilərin sözlərinə görə, hətta 2018-ci və 2019-cu təsərrüfat illərində pambıq əkinlərinə verilməli olan - hər hektara 50 manat dərman pulu- müxtəlif bəhanələrlə verilmir. “Bərdə Aqrar İnkişaf mərkəzunin direktoru Vüqar İsmayılova, Azərpambıq ASK MMC Bərdə flialına, şəxsən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru, cənab Kamran Nəbizadəyə və Azərpambıq ASK MMC Baş direktorunun müavini, cənab Hüseyn Qafarova olan müraciətlərimiz müsbət nəticə verməyib”. Onlar ölkə başçısından məsələni nəzarətinə götürmüsəni və 2020-ci və 2021-ci ildə pambıq əkinləri üçün subsidiyaların, 2018 və 2019-cu illər üçün dərman pullarının tezliklə verilməsinin təmin olunmasına yardımçı olmasını xahiş edirlər.


1.Sadıqlı Çapay
2.İsmayıllı Vüsal
3.Hacıyev Abış
4.Nuruyev Elgiz
5.Həsənov Valeh
6.Məmmədov Mehman
7.Hüseynov Seymur
8.Hüseynov Xəzər //AnaXeber.info//
Text-to-Speech

DİNLƏ






Şərh yaz