Axtarış...

Yeni fərmanla nazirliyin səlahiyyətləri artırıldı

Yeni fərmanla nazirliyin səlahiyyətləri artırıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri artırılıb.Bu barədə Prezident İlham Əliyev bu gün fərman imzalayıb.

Fərmana əsasən Dövlət Sığorta Kommersiya Şirkətinin bir sıra səlahiyyətləri adıçəkilən nazirliyə həvalə edilib. Belə ki, bundan sonra Milli Məclisinin deputatlarının, hakimlərin, Silahlı Qüvvələrin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.

Dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqları Nazirliyin xüsusi xəzinə hesabında toplanacaq və Fondun xüsusi bank hesabına köçürüləcək. Beləliklə də, sözügedən fərmanla “Azərsığorta” şirkətinin səlahiyyətləri məhdudlaşdırılır.

Bundan sonra isə şirkətin fəaliyyətinin hansı formada davam edəcəyi, yaxud ləğv edilməsi məsələsi barədə qərar veriləcək.

Qeyd edək ki, nazirlik adıçəkilən səlahiyyətləri 2022-ci il yanvarın 1-dən icra edəcək.




Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz