Axtarış...

İsrail şəhərlərinə düşən raketlərin sayı açıqlandı

İsrail şəhərlərinə düşən raketlərin sayı açıqlandı

Fələstinli radikallar 10 maydan Qəzza zolağından İsrail şəhərlərinə 2 900 raket atıb, onlardan 1 150-si zərərsizləşdirilib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Divar Keşikçiləri” əməliyyatı başlayandan (10 May) Qəzza zolağından İsrailə təxminən 2900 raket atılıb, bunlardan 450-si Qəzza zolağının özünə düşüb. “Dəmir gümbəz” hava müdafiə sistemi təxminən 1 150 raketi zərərsizləşdirib. Cavab olaraq, son 24 saat ərzində İsrail Müdafiə Qüvvələrinin döyüşçüləri və pilotsuz təyyarələri Qəzza zolağı boyunca 90 HƏMAS və “İslami Cihad” terror hədəflərinə hücum edib”, - deyə qeyd olunur.

Bilidrilir ki, vurulan hədəflər arasında Fələstinin HƏMAS hərəkatının Qəzza zolağındakı siyasi bürosunun lideri Yəhya Sinvar və qardaşının olduğu binalar da var:

“Hər iki iqamətgah HƏMAS terror təşkilatı tərəfindən hərbi məqsədlər üçün istifadə edilib”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz