Axtarış...

Paşinyan Yerevana qayıda bilmir

Paşinyan Yerevana qayıda bilmir


Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və rəhbərlik etdiyi nümayəndə heyəti Kazandan Yerevana qayıda bilmir.

Bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Bildirilir ki, buna səbəb Paşinyanla heyətini geri qaytarmalı olan təyyarədə texniki nasazlığın yaranmasıdır. Məlumatı Ermənistan hökumətinin mətbuat xidməti də təsdiqləyib. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər aparılır. Problem həll olunmasa, Paşinyanla nümayəndə heyəti başqa təyyarə ilə qayıdacaqlar.

Qeyd edək ki, Paşinyan Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak etmək üçün Kazana gedib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz