Axtarış...

Qusar İcra Hakimiyyəti TƏFTİŞ OLUNUR - İDDİA

Qusar İcra Hakimiyyəti TƏFTİŞ OLUNUR - İDDİA
Qusar rayon İcra Hakimiyyətinin fəaliyyəti təftiş olunur. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlar informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, yoxlamada başlıca məqsəd RİH rəhbəri Şair Alxasovun maliyyə hesabatlarının dəqiqiləşdirilməsidir.

Mənbənin dia.az-a söylədikləri:

"Şair Alxasovun maliyyə faəliyyəti konkret olaraq araşdırılır. Yaxın günlərdə nəticəsi bəlli olacaq. Hər halda, inandırıcı deyil ki, Qusarın icra başçısı bu yoxlamadan təmiz çıxsın..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz