Dəfələrlə qeyd etmişik ki, torpaqlarımız azad olunsa da, qaçqınlarımız öz doğma yurdlarına qayıtsa da, Azərbaycanda qaçqın problemi hələ uzun illər davam edəcək. Deməli, adi məntiqlə “Qaçqınkom”dakı problemlər də həmişə mətbuatın diqqət mərkəzində olacaq. Bəziləri düşünür ki, torpaqlar azad olundu məsələ bitdi. Əsla, belə deyil. Ona görə də uzun illərdir “Qaçqınkom”da yığılıb qalmış problemlər öz həllini tapmalıdır. Başqa yolumuz yoxdur.
Əlbəttə, obyektivlik naminə qeyd etməliyik ki, “Qaçqınkom” adlı qurum öz fəaliyyəti dövründə müəyyən işlər görüb. Ancaq bu qurumda problemlər də bitib tükənmir.
Ona görə də gənc kadr olan, Rövşən Rzayev Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sədri vəzifəsinə təyin olunanda vətəndaşlar düşünürdü ki, illərlə yığılıb qalan problemlər nəhayət öz həllini tapacaq. Ancaq tam əksini gördük.
Rövşən Rzayev 3 ildir ki, Qaçqınkomun sədridir. Bu müddət ərzində cənab sədr desin ki, nəsə müsbət bir iş görüb. Əksinə 3 il müddətində az-çox işləyən bu qurumda əməlli-başlı “bespredel”- xaos yaranıb. Əvvəllər heç olmasa bilirdin bu qurumda rəhbər kimdir, söz sahibi kimdir, səlahiyyətli şəxs kimdir. Amma Rövşən Rzayev 3 ildə qurumu elə günə qoyub ki...
Kim səhər yuxudan tez durub “Qaçqınkom”a qaçıb gəlirsə, o da özünü sədr hesab edir.
Təsəvvür edirsiniz, Rövşən Rzayev deputat olanda Rövşən Ələkbərov adlı sürücüsü olan kəsi indi özünə, yəni Qaçqınkoma sədr köməkçisi gətirib.
Keçmiş sürücü, indiki köməkçi Rövşən Ələkbərov özünü komitənin sədri kimi aparır, sədr müavinlərinə göstəriş verir, hətta komitənin iclaslarında köməkçi Rövşən sədr Rövşənin sözünü kəsir. Bəli, bəli, sözünü kəsir. Görəsən sədr Rövşənin sürücü-köməkçi Rövşənin yanında hansı gözü kölgəliyi, “qrexi” var ki, ona söz deyə bilmir.
Belə “bespredel”, belə anarxiya olmaz, cənab sədr Rövşən.
Vergilər nazirliyi ən çoxu 50-100 min sahibkarla, Gömrük komitəsi 40-50 min biznesmenlə məşğul olduğu halda Qaçqınkom 1 milyon insanın talehi, güzaranı, yaşayışı ilə məşğuldur e. Bunu başa düşürsən, cənab sədr ?
Hamısı da evini, eşiyini, işini, malını, mülkünü itirmiş narazı kontingentdir. Onsuz da həyatından narazı olan 1 milyon insanı siz niyə narazı salırsınız dövlətdən ?
Məqsədiniz nədir, nə etmək istəyirsiniz ?
Prezident öz xanımı ilə qaçqınların evlərini ziyarət edir, onlara təskinlik verir, insanlarda gələcəyə ümid yaradır. Siz isə insanların ümidini öldürüsünüz.
Cənab Sədr ! Sənin işin kabinetdə oturmaq deyil e. Sənin kabinetin məcburi köçkünlərin qaldığı yataqxanalar, şəraitsiz bağçalar, sovet dövründən qalma köhnə pansionatlar olmaldır. Sənin günün həmin yerlərdə keçməlidir.
Sənsə bir dəstə alverçini, bazar adamını yığmısan başına özünüz üçün dövlətin ayırdığı milyonlardan biznes qurursunuz.
Qaçqınlar üçün tikilən binalarda nə qədər qaçqın olmayan şəxslərə mənzil satılıb ?
Müxtəlif səbəblərdən nə qədər qaçqının çörək pulu, müavinətləri kəsilib ?
İcra başçıları ilə sövdələşib nə qədər maxinasiyalar edirsiniz ?
Qaçqınkom-un nəzdindəki JEK-lər hansı oyunlardan çıxmır ?
Müşfiq qəsəbəsində qaçqınlar üçün tikilən binanın qarşısında, həndəvərində ayaq basmağa yer yoxdur. Hamısını ticarət obyeketləri kimi kimlərə satmısınız ?
Artıq bu ərazi qaçqınlar üçün ayrılan sahə deyil, əməlli-başlı ticarət mərkəzi olub. Həmin obyektlərin birində qaçqın olan kəs yoxdur. Hamısı kənardan gələn şəxslərdir.
Komitənin Mənzil İstismar departamentinin direktoru Səbuhi Əhmədov, sizin “qara kassa”nız, nə qədər mənzillər satıb ?
Səbuhi Əhmədov Balaxanı neft-in müdiri olarkən, haralara və kimlərə qulluq edib ?
Aparatın rəhbəri Eldar Zeynalovun əməlləri sizə məlum deyilmi ?
Yaxud Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov. Bu adam hələ də başa düşmür ki, qaçqınlıq beynəlxalq statusdur. Kimsə ərə getməklə, ya da boşanmaqla bu status dəyişə bilməz.
Axı, siz özünüz də Allah qoymasa BDU-nun hüquq fakültəsiniz bitirmisiniz, cənab sədr Rövşən Rzayev.
Və necə bitirmisiniz, Ədliyyə Nazirliyi sistemində necə və hansı yolla çalışmısınız o da bizə yaxşı məlumdur.
Nə isə. Yəqin ki yaxın zamanlarda Qaçqınkomda da ciddi yoxlamalar olacaq. //gundelik-baku.com//