Axtarış...

Hərbçilərə güzəştlərlə bağlı təkliflər hazırlanacaq

Hərbçilərə güzəştlərlə bağlı təkliflər hazırlanacaq

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi hərbçilərə güzəştlərin edilməsi haqqında təkliflər hazırlayacaq.

Bu barədə Modern.az-a adı çəkilən komitənin üzvü, deputat Aqil Abbas məlumat verib. O qeyd edib ki, çətin şəraitdə xidmət edən hərbçilərə güzəştlər olunmalıdır:

“Ermənistanla sərhəddə, habelə iqlim şəraitinə görə çətin hesab edilən Rusiya ilə sərhəddə xidmət edən hərbçilərə müəyyən güzəştlər olunmalıdır. Milli Məclisdə bununla bağlı müzakirə olub. Üzvü olduğum Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi qanun layihəsi təklif edəcək”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz