Axtarış...

Keçmiş bələdiyyə sədri İTTİHAM OLUNUR - SƏNƏD

Keçmiş bələdiyyə sədri İTTİHAM OLUNUR - SƏNƏD

Xəbər verdiyimiz kimi bir müddətdir ki, saytımızda Cəlilabad rayon Muğan kənd bələdiyyəsinin keçmiş sədri, hazırda bələdiyyədə mühasib işləyən Rasif Həsənovun korrupsiya faktlarıyla bağlı araşdırma yazıları oxucularımıza və prokurorluq orqanlarına təqdim edirik. Redaksiyamıza müraciət edən Muğan kənd sakini, keçmiş bələdiyyə işçisi Həsən Fətullayev Rasif Həsənovla bağlı bizə ilginc sənədlər təqdim edib. Biz H.Fətullayevin xahişi ilə həmin yazıları oxucularımıza və prokurorluq orqanlarına təqdim edəcəyik. Həsən Fətullayev bununla bağlı həm də istintaq orqanlarına məktubla müraciət etdiyini bildirir:

"Mən R.Həsənovun korrupsiya faktları ilə bağlı bağlı Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etdim. Bundan sonra Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları mənimlə görüşdülər. Əlavə sənədləri onlara təqdim etdim və indi onların növbəti çağırışını gözləyirəm. İndi isə Rasif Həsənovla bağlı korrupsiya faktlarını mətbuat vasitəsilə sizlərə təqdim etmək istəyirəm. Mən 2011-ci ilin yanvar ayından 2012-ci ilin yanvarına kimi bələdiyyədə vergi agenti, 2012-ci ildən isə Muğan bələdiyyəsinin sədr müavini, 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvarına kimi bələdiyyənin sədri və daha sonra sədr müavini işləmişəm. İşlədiyim dövrdə R.Həsənovun qanunsuz əməllərindən daim prokurorluq orqanlarına şikayət etmişəm. Bu şikayətlərimə görə isə dəfələrlə R.Həsənova cinayət işi açılsa da, sehirli qüvvələr tərəfindən bu ört-basdır edilib. Sizə ilk olaraq 2013-cü ildə Baş prokurluq tərəfindən R.Həsənova açılan cinayət işinin səbəbini açıqlamaq istəyirəm.

Əslində bu cinayət işi mənim şikayətim əsasında R.Həsənova açıldı və daha sonra Cəlilabadda bunu ört-basdır etdilər. Həmin cinayət işi ilə bu linkdə tanış ola bilərsiniz: (https://genprosecutor.gov.az/az/post/1117). Həmin cinayət işində göstərilir ki, "Cəlilabad rayonunun Muğan bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır. Müəyyən edilmişdir ki, bələdiyyə sədri Rasif Həsənov 2010-cu ildə ilkin sənədləşmələr aparmadan 12 min 770 manat məbləğində pul vəsaitini qanunsuz olaraq bələdiyyənin hesabından silərək mənimsəmişdir. Bundan başqa bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2011-2012-ci illər ərzində müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan və bələdiyyə iclasları keçirilmədən 20 vətəndaşa bələdiyyə ərazisindən əsassız olaraq 2,02 hektar həyətyanı torpaq sahəsinin satışı təşkil edilməklə bələdiyyənin qanunla qorunan mənafelərinə ciddi zərər vurulmuşdur. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır”. R.Həsənov 2007-ci ildə Muğan kənd icra nümayəndəsi işlədiyi dövrdə şoran torpaqlara qanunsuz subsidiya yazaraq ümumilikdə 19 min 720 manat pulu mənimsəmişdir. Mən bununla bağlı Baş Prokurorluğa şikayət etdikdən sonra R.Həsənova 2013-cü ildə cinayət işi açıldı. Lakin həmin cinayət işi Cəlilabad rayon Məhkəməsində ört-basdır edildi”. Qeyd edək ki, H.Fətullayevin bizə təqdim etdiyi həmin sənəddə 61 nəfər kənd sakinin adı var. Lakin biz adların müəyyən hissəsini sizlərə təqdim edəcəyik. Qalan adları isə siyahının fotolarından oxuya bilərsiniz. Beləliklə, Rasif Həsənovun ən yüksək məbləğdə adlarına subsidiya yazdığı vətəndaşların adlarını təqdim edirik:

Abbasov Asif Qüdrət oğlu- 840 AZN
Abbasov Elçin İrəc oğlu-400 AZN
Abbasov Xanlar İrəc oğlu-200 AZN
Abbasov Əhməd Qulamhüseyn oğlu-800 AZN
Şahbazov Əşrəf Abbas-2000AZN
Niftullayev Cəlal Atağan oğlu-168 AZN
Yunusov Nizami İbrahim oğlu-807 AZN
İsmayılov Rahab Mirələm oğlu-404 AZN
Niftullayev Eynulla Təhməz oğlu-600 AZN

Xatırladaq ki, H.Fətullayevin təqdim etdiyi sənəd redaksiyamızdadır. Yazının davamı olacaq...

Miq.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz