Axtarış...

Ötən il həssas qruplardan olan tələbələrə ayrılan vəsait açıqlandı


2020-ci ildə həssas qruplardan olan tələbələrə dəstək verilib.

Bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib.

Pandemiya dövründə Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı qəbul edilib. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.

Həmçinin, ötən il tələbələr üçün yeni onlayn imkan yaradılıb.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az portalı istifadəyə verilib.

Eyni zamanda, 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz