Axtarış...

ATƏT-in yeni sədri Qarabağ üçün nə edəcək?

ATƏT-in yeni sədri Qarabağ üçün nə edəcək?
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) bu il üçün maraqlı bir addım gözləmirəm. İsveç xarici işlər naziri Ann Lindenin də hər hansı ciddi nəsə edəcəyini düşünmürəm.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov İsveç xarici işlər naziri Ann Lindenin ATƏT sədri olması və onun Qarabağ münaqişəsi ətrafında baş verən proseslərə töhfəsi haqda danışarkən deyib.

Politoloq qeyd edib ki, hazırda 44 günlük müharibənin siyasi qiymətləndirməsi gedir:

“ATƏT-in Qarabağ münaqişəsi ilə bağlı yaradılan Minsk Qrupunun fəaliyyətsizliyini yaxşı bilirik. Bu, əslində tək Minsk Qrupunun deyil, ATƏT-in Qarabağ münaqişəsindəki fəaliyyətsizliyidir. Minsk Qrupunun son səfəri də əslində bir daha onu göstərdi ki, qurum bu günə qədər nə idisə, bundan sonra da o olacaq.

Real yanaşsaq, Azərbaycan öz potensialı hesabına edə bildiyini etdi. Yəni bundan sonra ATƏT-in yeni hansısa bir təklif irəli sürəcəyinə inanmıram. Xüsusilə erməni tərəfi onların maraqlarına uyğun olacaq məsələləri ATƏT ilə müzakirə etməyi hədəfləyir. Bu sirr deyil. Ancaq indiki mərhələdə ATƏT ilə danışıqlar nə Ermənistan, nə də Azərbaycan üçün səmərə verəcək. İsveç xarici işlər naziri Ann Lindenin ATƏT sədri olması nəyisə dəyişdirməyəcək”.

Qeyd edək ki, ötən gündən ATƏT sədri kimi fəaliyyətə başlayan Ann Linde İsveçin öz gücünü Avropada təhlükəsizliyin qorunmasına, uzanan münaqişələrin həllinə, demokratiyanın möhkəmləndirilməsi və gender bərabərliyinə sərf edəcəyini bildirib.

Linde 2021-ci ilin əvvəlində gündəliyə təşkilatın daim diqqət göstərməsini tələb edən Belarus, Ukrayna, həmçinin Qarabağ ətrafında münaqişə və böhranların həlli məsələlərini daxil edəcəyini qeyd edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz