Axtarış...

“Atəşgah” sığorta Bakı sakinini aldadıb? - “Pulu alıb, çıxıb gediblər, 7-8 aydır, ev “havadadır”


"Atəşgah Sığorta" şirkəti saxtakarlıqda ittiham edilir. Bakı sakini Rahib Bayramov qurumun fəaliyyətindən narazıdır.

O, Cebhe.info-ya açıqlamasında bildirib ki, şirkət pul alsa da, evi sığorta etməyib. Əvəzində ev sahibləri özlərinin də xəbəri olmadan 7-8 ay sığortasız mənzildə yaşayıb. Sənədin saxta olma faktı isə evin satılması zamanı müəyyənləşib:

"Yanvar ayında gəldilər ki, mənziliniz sığorta olunmalıdır. Pulu da verdik, sığorta etdilər. Oktyabrın 21-i evi satası olduq. Notariusda alqı-satqı edəndə dedik ki, evimizin sığortası var. Sığortanın kağızını verdik, sistemə vurdular, amma dedilər ki, sığorta sistemə oturmayıb, bu sığorta saxtadır. Biz yenidən evi sığorta elədik. Bununla bağlı həmin sığorta idarəsinə zəng vurdum. Onlar artıq tarixi qarışdırdılar, gördülər ki, sistemdə belə bir şey yoxdur. Sonra öz günahlarının olduğunu görüb yalandan sığortanın sistemdə olduğunu dedilər.

Mən isə bildirdim ki, əgər sistemdədirsə, o zaman niyə şəhadətnamənin nömrəsi yoxdur?

Çünki onunla sistemə vururlar. Necə sistemdədir ki, natarius sistemdə tapmır, yenidən evimizi sığortalayırıq? Sığortalı ev, maşın sistemdə varsa, ikinci dəfə onu sığorta etmək mümkündürmü? Dedilər, yox, bu mümkün deyil. Dedim, deməli, sığortanız saxtadır. Pulu almısınız, çıxıb getmisiniz. 7-8 aydır ki, ev “havadadır”. Evə nəsə olsaydı, sığortaya getsəydim, deyəcəkdilər, sizin ev sığortalanmayıb. Onda necə olacaqdı? Mən də arxayınam ki, ev sığortalıdır. Bundan sonra yenə zəng vurdular. Dedilər ki, araşdırmışıq. Amma istəyirlər ki, sığortanı təmizə çıxarstınlar, şirkət günahlandırılmasın. Bildirdim ki, sizin şirkəti şikayət edəcəyəm. Mən saxta sənədləri lazım olan yerlərə çatdıracağam".

“Atəşgah” sığorta Bakı sakinini aldadıb? - “Pulu alıb, çıxıb gediblər, 7-8 aydır, ev “havadadır”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz