Axtarış...

Bu şagirdlər əyani tədrisə cəlb ediləcək

Bu şagirdlər əyani tədrisə cəlb ediləcək


Oktyabrın 19-dan X-XI sinif şagirdləri sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu növbəti müddətdə COVID-19 pandemiyasının yayılması ilə bağlı məlumatlar təhlil olunaraq tədris prosesinin gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Nazirlik tərəfindən ümumi təhsil müəssisələrində COVID-19 yoluxmalarının monitorinqi gündəlik əsasda aparılır və müvafiq qurumların məlumatları əsasında bu günə qədər ölkə üzrə 55 sinif və 30 təhsil müəssisəsi distant tədrisə keçirilib.

Qeyd edək ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, 15 oktyabr tarixindən etibarən ümumi təhsilin tam orta təhsil səviyyəsi (X – XI siniflər) üzrə şagirdlərin əyani formada tədrisə başlaması nəzərdə tutulub.
Text-to-Speech

DİNLƏ






Şərh yaz