Axtarış...

Məhsullar bahalaşa, karqo şirkətləri bağlana bilər - Gömrüklə bağlı yeni qərarın FƏSADLARI



“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilib. Qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

İqtisadçı ekspert Rəşad Həsənov sözügedən qərara dəyişikliyi və onun təsirlərini “MediaPost”a şərh edib. Ekspert bildirib ki, dəyişikliklə gömrük rüsumundan azad olunan malların həcmi daşıyıcı şirkətlər üzrə 1000 dollardan 300 dollara, eləcə də, malların fərdi şəkildə gətirilməsi üzrə 1500 dollardan 800 dollara endirilir: "Həmçinin, artıq poçt və karqo vasitəsilə fiziki şəxslər tərəfindən istehlak məqsədilə sifariş verilən məhsulların təqvim ayında bir dəfə olmaqla gətirilməsinə icazə verilir. Bu o deməkdir ki, artıq ay ərzində bir dəfə 300 dollarlıq deyil, 50 dollarlıq məhsul sifariş verdiyiniz halda da, həmin təqvim ayı üçün rüsunsuz məhsul gətirmək imkanınız məhdudlaşacaq. Əvvəlki qaydalarda isə ayda bir dəfə olmaqla rüsumsuz gətirilmə məqamı qeyd olunmamışdı və 1000 dollara qədər bir neçə dəfə məhsul sifariş vermək imkanı var idi.

Sərtləşmə regionlarda, xüsusilə də sərhəd bölgələrində yaşayan vərtəndaşların və ailə təsərrüfatlarının gəlirlərinə ciddi mənfi təsir göstərəcək. Çünki sərhəd bölgələrində əhalinin əhəmiyyətli hissəsi xırda ticarət vasitəsilə öz ailə gəlirlərini formalaşdırır. Bu imkanlar növbəti dövrdə məhdudlaşacaq. Məlumdur ki, pandemiya dövründə bir çox şəxslər gəlirlərindən məhrum olub, bu da onların vəziyyətinin daha da pisləşməsinə gətirib çıxaracaq".

“Məhsul qiymətləri müəyyən qədər arta bilər”.

Ekspertin sözlərinə görə, daxili bazarlara fərdi təşəbbüslərlə gətirilən məhsulların həcminin azalması müşahidə olunacaq: "Çünki bəzi hallarda vətəndaşlar həm özlərinin, həm də yaxınlarının müəyyən məhsullara tələbatlarını bu yolla ödəyirdilər. Yeni qaydalarla artıq daha aşağı qiymətə olan məhsullara çıxış imkanları məhdudlaşacaq, bu da iri təşkilatların, idxalçıların bazarlarda daha rahat qiymət siyasəti həyata keçirməsinə şərait yaradacaq. Belə olan halda qiymətlər təbii olaraq müəyyən qədər arta bilər. Elektron məhsullar istiqamətində tələbin əhəmiyyətli hissəsi telefon, elektroavadanlıqlara yönəlmişdi ki, insanlar bu məhsulların alışında fərdi sifarişə üstünlük verirdi. Çünki kifayət qədər qiymət fərqi yaranırdı. İndiki qaydalar həmin imkanları məhdudlaşdıracaq və müvafiq tələb daxili bazara yönələcək. Tələbin miqyası yerli şirkətlərə nəzərən artdığı üçün şirkətlərin məhsul qiymətlərini artırması mümkündür.

“Bəzi karqo şirkətləri bazarı tərk edə bilər”

R. Həsənov bazarda böyük şirkətlərə deyil fiziki şəxslərə xidmət göstərən kifayət qədər kiçik karqo şirkkətlərinin olduğunu deyir: “Ola bilsin ki, növbəti dövrlərdə bu şirkətklərin mənfəətliyi aşağı düşsün. Lakin nəzərə almaq lazımdır ki, karqo şirkətləri ümumilikdə ciddi xərc üzərində qurulmuş investisiya layihəsi deyil və sifarişlər əsasında fəaliyyət göstərir. Bu dövrdə sifarişlərin toplanması ilə bağlı daha uzun müddətin lazım olması müştərilərə keyfiyyətli və vaxtında xidmətin göstərilməməsi səbəb ola bilər. Bu da öznövbəsində həmin şirkətlərə sifarişlərin azalması və dolayısı ilə də bu şirkətlərin bazardan çıxması kimi situasiya yarada bilər”.

“Poçt fəaliyyəti üzrə gəlirlər azalacaq”

“Həmçinin karqo şirkətləri itkilərini müəyyən formada konpensasiya edə bilər, çünki bu dövrdə şirkətlərin sifarişlərinin həcmi arta bilər. Poçt rabitəsi isə daha çox fiziki şəxslərə xidmət göstərdiyi üçün sifarişlərin həcminin aşağı düşməsinə və poçt fəaliyyəti üzrə gəlirlərin azalmasına təsir göstərəcək”, - deyə ekspert vurğulayıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz