Axtarış...

Mərdəkanda bir nəfər dənizdə batıb

Bakının Xəzər rayonu ərazisində bir nəfər dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, “112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata əsasən, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, dənizdə (qeyri-çimərlik ərazidə) bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir) batıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
Text-to-Speech

DİNLƏ






Şərh yaz