Axtarış...

Azərbaycanda dəhşətli qətl: Bələdiyyə sədrinin qardaşı bacanağını güllələdi



Şəmkir rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Etibar Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü Etibar Süleymanov həmyerlisi, 1992-ci il təvəllüdlü Elnur Hüseynovu öldürüb.

Etibar Süleymanov kustar üsulla hazırlanmış silahdan Elnur Hüseynovun başına bir dəfə atəş açıb və Elnur Hüseynov hadisə yerində vəfat edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin onun bacanağı olan, Yeni Həyat kənd sakini, 1977-ci il təvəllüdlü Etibar Süleymanov tərəfindən törədildiyi məlum olub və şübhəli şəxis qismində saxlanılıb.

Ailədaxili mübahisə səbəbindən Elnur Hüseynovun həyat yoldaşı bir necə dəfə Yeni Həyat kəndində olan ata evinə gedib.

Daha sonra qohumların və tanışların iştirakı ilə barışdırılıblar. İllərdir davam edən mübahisənin səbəbkarı olaraq isə tərəflər hər zaman bir-birlərini günahlandırıblar.

Məişət probleminə çevrilən məsələ ailənin övlad sahibi olması ilə sakitləşsə də son bir neçə ayda yenidən gündəmə gəlib.

Mübahisəyə onun bacanağı olan Etibar Süleymanov da qoşulub.

Hadisə günü Elnur Hüseynov Yeni Həyat kəndinə gedib. Orada bacanağı olan Etibar Süleymanov onunla görüşüb.

Bu zaman Yeni Həyat kəndindən Yuxarı Seyfəli kəndinə gedən yolda Etibar Süleymanov üzərində olan, kustar üsulla düzəldilmiş silahdan istifadə edərək bacanağının başının arxa hissəsindən bir güllə vuraraq onu qətlə yetirib.

Qətli törətməkdə şübhəli bilinən Etibar Süleymanov Şəmkir rayon Yenikənd bələdiyyəsinin keçmiş xanım sədrinin (Süleymanova Sona Binnət qızı) qardaşıdır. Etibar Süleymanov və qətlə yetirilən Elnur Hüseynov bacanaqdırlar.

İstintaq orqanı tərəfindən Etibar Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz