Axtarış...

Vüsal Kərimlinin adı yenə də milyonların yeyintisində... - Bu adam düzələn deyil...

Vüsal Kərimlinin adı yenə də milyonların yeyintisində... - Bu adam düzələn deyil...


Nəqliyyat Agentliyi (BNA) avqustun 4-də İctimai Nəqliyyatın İntellektual İdarəetmə Sisteminə (İNİİS) texniki dəstək xidmətləri göstərmək üçün müqavilə imzalayıb.

Turan-ın yaydığı məlumata görə, seçilmiş xidmət təminatçısının Bakı şəhər ictimai nəqliyyat tənzimləyicisinin rəhbəri ilə müəyyən bağlılığı var.

BNA bildirir ki, müqavilə “Smartech System” MMC-yə verilib. Müqavilənin dəyəri 2 milyon 166.4 min manat (1 milyon 274.4 min dollar) təşkil edir.

Agentliyin digər tenderinin qalibi isə "ARIS” MMC olub. Yeniavaz.com bildirir ki, “ARIS” MMC BNA-nın sifarişi əsasında “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət” həyata keçirəcək. Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA “ARİS” MMC-yə 828 min 360 manat ödəyəcək.

“ARİS” MMC 19.03.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayanou, Hüseyn Cavid pr, ev 87A, m 757-də yerləşir. Qanuni təmsilçisi Haqverdiyev Ruslan Rüstəm oğlu olan “ARİS” MMC daha əvvəl də BNA-nın keçirdiyi tender müsabiqəsində qalib olub. BNA bu ilin fevral ayında “ARİS” MMC ilə 220 min 248,89 manat dəyərində müqavilə imzalayıb. “ARİS” MMC BNA üçün “Personal kompyuter, server, şəbəkə, telefoniya infrastrukturu və avtobuslarda ödəniş sistemlərinin yenidənqurulması və aylıq texniki xidmətləri” göstərəcək.

Bundan başqa mətbuatda yer alan məlumatlardan (təkzib olunmayıb) belə görünür ki, BNA 2019-cu ildə “ARİS” MMC ilə 2 müqavilə imzalayıb. Bildirilir ki, hər iki müqavilə satın alma proseduru keçirilmədən "ARIS" MMC-yə verilib. 1 milyon 201,8 min manat dəyərində olan birinci müqavilə foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazlarının satın alınmasını və quraşdırılmasını nəzərdə tutur. İkinci müqavilə çərçivəsində şirkət BNA-yə bu sistemin fəaliyyətini təmin etmək üçün serverlər və informasiya texnologiyaları avadanlıqları təqdim edəcək. İkinci müqavilənin dəyəri 1 milyon 595,4 min manat olub.

Məlumat üçün qeyd edək ki, “ARIS” MMC-nin dövlət büdcəsinə 68 min 836,62 manat vergi borcu var.

Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün deyil.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz