Bir neçə gün bundan öncə Gəncə Şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na 2019 cu il və 2020 ci illər ərzində, ümumilik də hər iki il də cəm olaraq 588 min 690 manatın istifadəyə yararsız taxta parçalarına pul ayrılması haqqında yazı dərc olunmuşdur. Yazımıza yenidən geniş açıqlama gətiririk, və sual doğuran məqamları xahiş olunur oxucularımız məntiqlə düşünsünlər.
Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə Davosda keçirilən Beynəlxalq İqtisadi Forumda rəsmsi tribunadan dedi ki, Azərbaycanda ölkənin qazlaşdırılması 96 faizdir, bu proses davam edir. Belə olan halda Gəncə Şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət Büdcəsindən, doğranmış oduna iki il ərzində 588 min 690 manat pul ayrılması gülünc doğurur. Gəncə Şəhərinin ətrafında yerləşən ən ucqar rayonlarda belə orta məktəbləri təbii “qaz “la təmin olunduğu halda, odnla orta məktəblərin qış fəsili isidilməsi, yarım miliyon manatdan çox pulun dövlət büdcəsindən Gəncə Şəhərinin ətraf rayonlarına orta məktəblərə oduna pul ayrılması bizləri şübhə altında saxlayır, buna nə ad vermək olar?
Bundan əlavə olaraq qeyd edək ki, “Neftçala rayonu” ölkəmizdə ən kiçik rayonlardan biri sayılır ki, orada heç bir “Meşə Qoruğu” yoxdur, digər tərəfdən adı çəkilən rayonda heç bir şirkət vəyaxud heç bir təşkilat və müəssisə yoxdur ki, istifadəyə yararsız taxta parçaları ilə, “Doğranmış odun” adı altında hansısa müəssisə fəaliyyət göstərsin. Əgər varsa qarşı tərəfin mövqeyini dərc edə bilərik.
Diqqətinizə çatdıraq ki, Gəncə Şəhər 8 saylı Maliyyə Hesablaşma Mərkəzi, Təhsil Nazirliyinin tabeçiliyində olduğundan, nazirliyin “Elektron poçtuna” bu barədə mövqe bildirmək üçün ünvanladığımız məktublara cavab ala bilmirik.
Bir daha redaksiyamıza daxil olan rəsmi sənəddən məlum olur ki, 16 yanvar 2019 cu ildə Gəncə Şəhər Təhsil İdarəsinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən 289.690 manat, 8 yanvar 2020 ci ildə isə 299 min manat, Doğranmış oduna” Neftçala rayonunun, Xalq Bank filialına iki il ərzində 588 min, 690 manat pul köcürməsi edib, bu barədə rəsmi sənədimiz əldə etmişik, sübut olaraq oxuculara təqdim edirik bir daha.
Adı çəkilən maliyyə hesablaşma mərkəzi “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na iki il ərzində əgər Neftçala rayon, Xalq Bank filialına 588 min, 690 manat pul ayırıbsa, həmin rayonun Ekalogiya baxımında ərazilərinə baxış keçirilsə, kəsilmiş ağacların, istifadəyə yararsız olan odunların və taxta parçalarının, hansı istiqmətdə əldə etməkləri hüquq mühafizə orqanları çox asant əldə etməklə araşdıraraq ictimaiyyətə açıqlama verilər. Əlavə olaraq bildirək ki, hər bir ağacın kəsilməsi üçün akt tədbiq olunur, əgər o ağac yararsızdırsa Ekologiya Nzirliyinin əməkdaşlarının,hüquq mühafizə orqanlarının baxışı nəticəsində kəsilir. Bir də ki, iki il ərzində çox kiçik rayonda yarım miliyondan çox olaraq ağacın kəsilməsi, vəyaxud yarasız ağacın olması absuddur.
Mövzuya yenidən qayıdacayıq.
“Hürriyyət”