Axtarış...

Ünvanlı sosial yardım təyinatında, o mexanizmi mütləq dəyişmək lazımdır - TƏKLİF



Mediada yayılan xəbərlərə görə, hökumət ünvanlı sosial yardım mexanizminə dəyişiklik edəcək. Nəyi dəyişəcəklər, yəqin yaxın zamanlarda açıqlayarlar.
Amma bir mexanizm var ki, onu mütləq dəyişmək lazımdır. Söhbət ünvanlı sosial yardımın təyin edilməsilə bağlı qaydaların 5.14-cü maddəsindən gedir.

Həmin maddədə deyilir ki, torpaq payından əldə olunan gəlirlər, torpaqların normativ qiymətinə əsasən hesablanır. Normativ qiymət isə Nazirlər Kabinetinin qərarı (07.23.98-ci il, 158 saylı) ilə təsdiqlənib. Həmin qərarda torpağın keyfiyyət qrupundan asılı olaraq müəyyən edilən normativ qiymət, 1998-ci ildən sonrakı dövrdə istehlak qiymətlərinə uyğun indeksləşdirilərək hər hektarın gəlirliliyi müəyyən edilir. Əgər 1998-ci ildən bəri inflyasiya rəqəmlərinə baxsanız, görəcəksiniz ki, həmin normativ qiyməti ən azı 2.5-ə vurmaq lazımdır. Çünki 1999-cu ildə deflyasiya olub, ondan sonrakı dövrdə isə inflyasiya rəqəmlərini statistik olaraq cəmlədikdə istehlak səbətinin dəyəri nominal olaraq 2 dəfədən çox artıb. Lakin kummilyativ effekti nəzərə alsaq, 1998-ci ildə müəyyən edilən normativ qiyməti inflyasiyaya uyğun indeksləşdirmək üçün, ən azı 2.5-ə vurmaq gərəkdir. Əslində bunu dəqiq hesablamaq çətin deyil, hər ilin inflyasiya göstəricisi baza normativ qiymətə vurulur, sonrakı ildə baza rəqəmi kimi əvvəlki ilin qiyməti götrülür.

Bir nümunə deyim: Şabran-Xaçmaz kadastr rayonunda 1-ci keyfiyyət qrupu üzrə əkin torpaqları üzrə normativ qiymət 1747 manat müəyyən edilib. 1998-99-cu illərdə olan 10%-ə yaxın deflyasiya və sonrakı dövrdə inflyasiyanın kummilyativ effekti də nəzərə alınsa, son 20 ildə istehlak qiymətləri indeksi əsasında hesablandıqda, həmin torpağın sosial yardım alınması zamanı nəzərə alınan gəliri 4000 manata yaxındır. Nə qədər realdır, fermerlər özü cavab verər. Amma bu, yalnız əkin torpaqları üçündür, çoxillik əkmələr üçün fərqli qiymətdir.
Bundan sonra isə torpağın gəlirliyini hesablamaq üçün obyektiv mexanizm hazırlanarsa, bu həm vətəndaşların məşğul sayılması, həm də real ehtiyacı olanların ünvanlı yardım alması üçün vacib hüquqi norma kimi istifadə edilə bilər.
Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert //AYNA.AZ//
Text-to-Speech

DİNLƏ






Şərh yaz