Axtarış...

Məşhur səfirin oğlu dələduzluğun qurbanı olub - MƏHKƏMƏ


Azərbaycanin Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğlu gənc drijor Murtuza Bülbül dələduzluğun qurbanı olub.

“Yeni Sabah”ın məlumatına görə, Hüseynov Adilağa Minəxan oğlu 2 nəfərə - Bülbül Murtuza Polad oğlu və Abbasov Hümbət Zülfüqar oğlula qarşı dələduzluq etməkdə təqsirli bilinir. A.Hüseynovun məhkəmə prosesi Bakı Apellyasiya məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Adilağa Hüseynov barəsində başlanılan cinayət işinə ilk olaraq Nərimanov Rayon Məhkəməsində baxılıb. Belə ki, A.Hüseynov bundan öncə də Xətai Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə şərti cəza alıb.

Xatırladaq ki, Adilağa Hüseynov “Sahil-D” MTK-nın icraçı direktoru vəzifəsində çalışıb.

“Yeni Sabah”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz