Axtarış...

Gömrük Komitəsində narazılıq - İşçilər etiraz edir...

Gömrük Komitəsində narazılıq - İşçilər etiraz edir...


Gömrükçülər aylıq mükafatlarının tutularaq yardım kampaniyaslna yönləndirilməsinə etiraz edirlər...

Gömrük işçilərinin əvvəlki paketləri əvəz edən aylıq mükafatları qurum rəhbərliyi tərəfindən koronavirusa görə yardım kampaniyasına yönəldilib. PİA.az-a verilən məlumata görə, rəhbərliyin bu addımı gömrük işçiləri tərəfindən narazılıqla qarşılanıb. Qeyd edilən səbəbə görə, maaşından tuutlan şəxslər adlarını gizli saxlamaq şərti ilə redaksiyamıza müraciət ediblər.

Qeyd edək ki, dünən Gömrük Komitəsinin rəsmi saytında ehtiyacı olan vətəndaşlara yardım edilməsi barədə informasiya paylaşılıb.

Şikayətdə qeyd olunur ki, həmin yardımların pulu işçilərinin razılığı olmadan, onların əmək haqqlarından - daha doğrusu, əvvəlki paketi əvəz edən mükafatlardan tutulub. Bu isə işçilərin kəskin etirazına səbəb olub. Lakin rəhbərlik etiraz edınləri işdən çıxarlmaqla hədələyib.

Əldə etdiyimiz məlumata görə Gömrük Komitəsinin bu "nümunəvi" addımından sonra bəzi dövlət qurumları da bu addımı atmağa hazılraşır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz