Axtarış...

Kolumbiyalı azarkeşlər Argentinada karantində qaldılar



Komandalarının oyununu izləmək üçün Argentinaya gedən kolumbiyalı azarkeşlər koronavirus səbəbindən ölkələrinə qayıda bilməyiblər.

Qol.az xəbər verir ki, "İndependent"in 15 fanatı martın 10-da Libertadores kubokunda "Boka Xuniors"la matç üçün paytaxt Buenos Ayresə gəlib. Komandalarının məğlubiyyətdən (0:3) sonra tərəfdarlar öz ölkələrinə qayıtmaq istəsələr də, koronavirus pandemiyasının yayılmasına görə Argentinanın sərhədləri bağlanıb. Azarkeşlər martın 20-də məcburi karantin rejimi tətbiq ediləndən sonra paytaxtdakı otellərdən birində karantinə alınıblar. Onların koronavirus testlərinin nəticəsi neqativ çıxıb.

Bildirilir ki, azarkeşlərin otel xərclərini Kolumbiyanın Argentinadakı səfirliyi qarşılayacaq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz