İmişli rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Millitv.az-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.