Axtarış...

Leriki İqbal Məmmədova peşkəş edən kimdir? - Nə qanun bilirlər, nə də qayda...



20 Yanvar hüzn günü ilə əlaqədar YAP Lerik Rayon Təşkilatında yaradılmış seçki qərargahının üzvləri və deputatlığa namizəd İqbal Məmmədov Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksini ziyarət ediblər. Daha sonra isə İqbal Məmmədov və qərargah üzvləri Lerik şəhərində yaşayan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşüblər. Bu barədə Modern.az saytı məlumat yayıb.

Deyəcəksiniz ki, burda nə var ki? Lerik İcra Hakimiyyətinin seçki qanununu harda və necə pozub.
Leriki İqbal Məmmədova peşkəş edən kimdir? - Nə qanun bilirlər, nə də qayda...

Gördüyünüz bu şəkildə İqbal Məmmədovla bir yerdə bardaş qurub oturan Lerik rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyevdir. İcra başçısının birinci müavinin deputatlığa namizədlə birgə təşviqat üçün əhali ilə görüşlərə getməsi seçki qanunun ciddi pozuntusudur, nəinki müavin heç bir hakimiyyət nümayəndəsi hansısa namizədin təşviqatında iştirak edə bilməz. Bu seçki başlamamış digər namizədləri uduzdurmaq deməkdir, Cəlil Baxşıyev bunu demək istəyir ki, o dövlətin resurslarını İqbal Məmmədova peşkəş edəcək?

Cəlil Baxşıyev Zaqatala Rayon İcra Hakimiyyətinin keçmiş başçısı olan Vaqif Rəhimovun aqibətini xatırlasın. Vaqif Rəhimov 2005-ci ildə seçkilərə müdaxilə etdiyi üçün cəzalandırıldı və Prezidentin müvafiq sərəncamı ilə işdən çıxarıldı. Sərəncamından sonra isə 110 saylı Zaqatala seçki dairəsinin 19 məntəqəsi üzrə səsvermə nəticəsi ləğv oldu.

Ona görə də MSK bu faktları ciddi şəkildə araşdırmalıdır.
pia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz