Axtarış...

Xorvatiyada “Nar bağı” filmi nümayiş edilib



Zaqrebdə Azərbaycanın Xorvatiyadakı səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə rejissor İlqar Nəcəfin çəkdiyi “Nar bağı” filminin nümayişi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini xanım Nataliya Oştariyaş Xorvatiya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O, ekran əsərinin psixoloji dram janrında çəkilən və maraqlı bir ailə dramı üzərində qurulduğunu qeyd edib.

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov filmin nümayişinə təşrif buyurmuş qonaqlara təşəkkürünü bildirib, hadisənin vacib mədəni əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan kino ustaları tərəfindən çəkilən filmlərin xorvat tamaşaçılarına təqdim olunması xalqlarımız arasında mədəni əlaqələrin möhkənlənməsinə öz töhfəsini verəcəkdir.

Filmin nümayişindən əvvəl tədbir iştirakçılarına ziyafət verilib, eyni zamanda “İrs” və “Baku” jurnalları təqdim edilib. Tədbirdə Zaqrebdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz