Axtarış...

“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət

“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət

Təbii ki, Azərbaycanda hər bir kəs mənzil şəraitini yaxşılaşdırmağa can atır, üstəlik, dövlət özü də bu məsələdə əhaliyə yardımçı olmağa cəhd edir. Bütün köhnə tikililər sökülür, yerində yeni, daha əlverişli binalar tikilir. Əslində alqışlanmalı işdir…
Amma heç də hər şey zahirdə göründüyü kimi deyil. Ölkə başçısının və insanların bu istəyinə qarşı gedənlər, müxtəlif yollarla adamları narazı salmağa çalışan qüvvələr kifayət qədərdir. Üstəlik, həmin qüvvələrin meydan sulamasından və hər dəfə cəzasız qalmasından belə görünür ki, onlar daha yuxarı dairələr tərəfindən himayə olunurlar. Belə olmasaydı, “İnşaat Konstruksiyaları” MMC adlanan bir tikinti şirkəti gələcək sakinlərin başına bu oyunları gətirməzd. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmada o faktı da aşkarladıq ki, bu şirkət haqqında ən çox şikayət şikayət olunan MMC olmasına baxmayaraq, nədənsə daha çox dövlət sifarişi alır. Hətta Prezident Administrasiyasından verilən xüsusi açıqlamada da sakinlərin ən çox narazı qaldığı tikinti şirkətəri sırasında “İnşaat konstruksiyaları” MMC birinci yerdə olub. Buna baxmayaraq, “İnşaat konstruksiyaları” MMC bu gün Bakının bir çox yerlərində göydələnlər inşa etməkdədir. Onun inşa etdiyi binalardan biri də Yasamal rayon İsfəndiyar Zülalov 19 ünvanında yerləşir. Şirkət burada pilot layihə kimi 18 mərtəbəli bir bina inşa edib. İnşa edib deyəndə, ötən il təhvil verilməli olan binada işlərin nə zaman başa çatacağı həl heç guman etmək də mümkün deyil.
Baxmayaraq ki, binanın gələcək sakinləri ilə müqavilə imzalayarkən onun ən geci 2018-ci ilin yayında istifaəyə veriləcəyi bildirmişdi…. Amma türklər demiş, bu gün bu da heç söz konusu deyil. Söhbət ad müqavilə öhdəliklrinin yerinə yetirilməsindən gedir. Məsələn, MMC rəhbərinin öz dəsti-xətti ilə imzaladığı müqavilədə deyilir: ““İcraçı” mənzilin girişində seyf qapı qoymalıdır!” Amma yazılan başqa şey, edilən başqa. “İcraçı” elə müqaviləni imzaladığı gün girişdə seyf qapısını qoymaqdan imtina edərək, bunu sakinlərin özünə həvalə edib.
Müqavilənin digər bir bəndində deyilir, “İcraçı” mənzilin divarlarını suvaq etməlidir, amma “İnşaat konstruksiyaları” bundan da imtina etmiş və bunu da sakinlərin öz üzərinə qoymuşdur. Təbii ki, vəziyyətin çıxılmazlığını görən sakinlər şirkətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyni görüb həmin işləri yarıxoş-yarızor özləri görüb.
Nəhayət, müştərilərin ciddi narazılığından sonra MMC rəhbərliyi vədini bir daha təkrarlayıb. Bildrib ki, binanını təhvil vermək istəyirlər, ancaq bir az əlavə pul lazımdır. Yəni ki, hər mənzilin sahibi min manat əlavə pul verməlidir ki, mənzillərə sayğac quraşdırılsın. Əks halda, binaya qaz, işıq, su verilməyəcək. MMC rəhbərliyi həmin rüşvətin Azərsu, Azəriqaz, Azərişıq MMC-lər tərəfindən tələb edildiyini bildirir. Qeyd edək ki, binanada mənzil gözləyənlər təxminən bir il-iki il öncə müqavilə üzrə bütün borclarını ödəyiblər. Həmin ödənişdə qaz, işıq, su sayğaclarının quraşdırılması da nəzərdə tutulub. Məsələ ilə bağlı cumhuriyyet.aaz olaraq media üzərindən apardığımız araşdırmalarda bu məlumata da rast gəldik ki, sözügedən tikinti şirkəti Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə məxsusdur.

Cumhuriyyet.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz