Axtarış...

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi fövqəlgücdür? - GİLEY

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi fövqəlgücdür? - GİLEY


Azərbaycanda hakimin oğlu vətəndaşın avtomobilini mənimsəyib.

Unikal.org-a müraciət edən vətəndaş Ağacanov Elbrus Elbəyi oğlu bildirir ki, satışa çıxardığı avtomobilini onun etibarından sui-istifadə edərək, əlindən alıblar. Zərərçəkən qeyd edir ki, bu günə kimi hakim oğlu avtomobilin pulunu ödəməkdən imtina edir:

"Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun oğlu Səmədlə tanışlığımız var idi. Mənə məxsus çay evinə gəlirdi. Mənim 99-LJ-448 dövlət qeydiyyat nişanlı " Chevrolet Aveo" markalı avtomobilimi satırdım. Səməd Hüseynovla maşının qiymətini 8500 manata razılaşdıq. Dedi ki, mənə etibarnamə ver, gedim Bakıya pulu gətirib verəcəm. Sonra da bəhanə edib pulu vermədi. Maşını istədim onu da vermədi. Dedi ki, narahat olma pulu gətirib verəcəm. Sonra da mənə 1000 manat bir, sonra 300 manat, ən sonda da 1000 manat verdi. Qalan pulu isə ödəməkdən imtina etdi. Səmədə deyəndə deyir ki, atam hakimdi, heç kəs mənə heç nə edə bilməz. Sonra da öyrəndim ki, məndən əlavə də bir neçə nəfərin etibarından sui-istifadə edərək, o, pul atıb. Məndə Səmədin telefon danışıqlarının səs yazıları da var. "
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz