Axtarış...

Xərçəngdən qoruyan pəhriz



Niderlandın Maastrixt Universitetinin alimləri iddia edirlər ki, Aralıq dənizi pəhrizi (Akdeniz diyeti) süd vəzisi xərçənginin ən ağır formasının yaranma riskini 40 faiz azaldır. Amerika Ürək Assosiasiyasının "Circulation" jurnalında Aralıq dənizi pəhrizinindigər pəhrizlərlə müqayisədə ürək xəstəliklərinin qarşısını daha çox aldığı və HDL xolesterolunu artırdığı qeyd olunub. HDL xolestrolu ürək, qan-damar xəstəlikləri riskini azaldır.

Modern.az xəbər verir ki, "National Geographic" jurnalı isə yazır ki, bu pəhriz ömrü uzadır və uzun ömürlü millətlərin pəhrizlərinə daxildir. Aralıq dənizi pəhrizi pəhrizdən daha çox sağlam yaşam tərzidir. Pəhrizə bu adın verilməsi Aralıq dənizi və Egey bölgəsindəki qidaların qəbulu ilə bağlıdır. Bu pəhriz özündə Yunanıstanın Kritregionunda və İtaliyanın cənubunda yaşayan insanların qidalanma vərdişlərini də ehtiva edir.

Aralıq dənizi pəhrizinə nə daxildir?

- Meyvə-tərəvəz, taxıl məhsulları, paxlalılar və yer fıstığı

- Kərə yağı, zeytun yağı və kanola yağı

- Yeməyi dadlandırmaq üçün duz yerinə otlardan və ədviyyatdan istifadə olunur

- Ayda bir neçə dəfə qırmızı ət qəbulu

- Həftədə ən azı iki dəfə balıq və quş ətləri yemək

- İstəyə bağlı olaraq az miqdarda qırmızı şərab içmək

Daimi məşqlər etmək

"Akdeniz diyeti"nin faydaları hansılardır?

Aralıq dənizi pəhrizini hər kəs saxlaya bilər. Ziyanlı tərəfi olmadığı üçün tətbiqinə məhdudiyyət qoyulmur. Bu pəhrizi saxlayanların sağlamlığında hər hansı problemə rast gəlinməyib. Pəhrizə doymamış yağ turşularının, antioksidantların və yüksək lif tərkibli qidaların daxil olması beyin sağlamlığından tutmuş, həzm sisteminə qədər müsbət təsir edir.

- Alzheimer xəstəliyindən qoruyur

- Depressiya və parkinson riskini azaldır

- Xərçəngdən qoruyur

- İmmunitet sistemini gücləndirir

- Bağırsaqları müntəzəm olaraq işlədir və həzmsizlik problemini aradan qaldırır

- Ürək-damar sağlamlığı üçün faydalıdır

- Yüksək qan təzyiqi və pis xolesterolu azaltmağa kömək edir

- Diabet, infarkt riskini azaldır

- Sağlam şəkildə arıqlamağa yardım edir

- Arterioskleroz kimi problemləri azaldır



- Damar tıxanıqlığına mane olur

Pəhrizə əsasən, nələrə diqqət yetirməli?

- Qəhvə, çay, kola kimi kofeinli içkiləri boş mədəyə içməyin

- Süni dadlandırıcılı qidalardan uzaq durun

- Yeməyi qızartmayın, buxarda və ya sobada bişirin

- Bol miqdarda balıq yeyin

- Zeytun yağında hazırlanmış yemək və tərəvəzlər qəbul edin

- Mövsümi meyvələr, üzüm, əncir, tut, xurma, yemiş və banan yeyin

- Bol miqdarda soğan və sarımsaq yeyin

- Kəpəkli və çovdar çörəyi yeyin

- Çörəklə quru paxlalı yeməyi eyni vaxtda yeməyin

- Ağ un, kartof, qarğıdalı və düyü qəbul etməyin

- Bol su için

- Gündəlik 3 əsas, 3 ara pay şəklində qidalananın

Pəhriz siyahısı:

Aralıq dənizi pəhrizində səhər yeməyində 1-2 dilim kəpək və ya çovdar çörəyi, 1 dilim yağsız pendir, istədiyiniz qədər pomidor və xiyar, 5 zeytun, 5 çiy fındıq və ya badam yeyə bilərsiniz. Bundan başqa,menyunuza tərkibində az şəkər olan, mövsümə uyğun meyvə də daxil edə bilərsiniz. Mövsümə görə pomidor, xiyarı kök və turpla əvəzləmək olar.

Naharda hər gün salat yeyib, ayran içməyə çalışın. 1 smit, 1 sendviç və ya pendirli omlet yeyə bilərsiniz. Ayrıca, bir həftə yarım kiloya qədər qarışıq meyvə salatı yemək də sizin üçün ideal qida olacaq.

Axşam yeməyində salat və qatıq yemək lazımdır. Salatın yanında sobada və ya buxarda bişirilmiş balıq, yaxud tərəvəz xörəyi yeyə bilərsiniz. Ara-sıra yeməklərə qiymə, ya da toyuq əlavə etmək olar. Axşam yeməyində çörək yemək qəti qadağandır. Acmamaq üçün bol miqdarda su için.
Text-to-Speech

DİNLƏ






Şərh yaz