Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı baş tutub.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, tərəflər Suriya və Ukraynadakı vəziyyət, beynəlxalq terrorizmlə mübarizə və ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
İsrail Baş naziri Rusiya dövlət başçısını Ukrayna səfərinin nəticələri barədə məlumatlandırıb. Bundan əlavə telefon danışığı zamanı B. Netanyahu və V. Putin ikitərəfli ticari-iqtisadi əməkdaşlığın gələcəkdə möhkəmlənməsi məsələlərinə toxunublar.