Axtarış...

Milli Telekommunikasiya Şurası yaradılacaqmı? – RƏY



“Ötən gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində növbəti tədbir keçirilib. Ümid edirəm ki, bu tip tədbirlər İKT sektoru üçün də təşkil olunacaq”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib: “Son zamanlar Antiinhisar Dövlət Xidmətinin qərarlarından, İKT ilə əlaqəli beynəlxaq hesabatlardan, sektorda fəaliyyət göstərən biznes və ictimai qurumların da çıxışlarından görsənir ki, telekommunikasiya və internet sektorunda biznes mühiti ilə bağlı ciddi problemlər var. Bildiyim qədər provayderlərin əksəriyyəti ölkə rəhbərliyinə də rəsmi müraciətlər ediblər.

“Strateji Yol Xəritəsində gələn il, 2020-ci ildə bu sektorda Müstəqil tənzimləyici qurumun – Milli Telekommunikasiya Şurasının yaradılması nəzərdə tutulub. Yəni NRYTN-nin tənzimləyici funksiyaları əlindən alınmalı və yeni yaradılacaq quruma - Milli Telekommunikasiya Şurasına verilməlidir.

Hazırda sektorda kommersiya, tənzimləmə, idarəetmə və s. hamısı NRYTN əlində cəmləşib. NRYTN da heç gizlətmədən, açıq-aşkar öz qanuni kommersiya səlahiyyətlərindən istifadə edərək, elə özünə məxsus olan bütün tənzimləyici mexanizmləri, sektordakı bütün dövlət resurslarını yalnız dövlət provayderləri və dövlət operatorlarının üstünlük qazanmasına yönəldib. Hazırda İT biznes sektoru, özəl provayderlər və operatorlar son 2-3 ildir ki, bundan hədsiz əziyyət çəkir. NRYTN-nin da resursları yetərli olmadığından İKT sektorda inkişaf ləngiyir. MTŞ Prezident tərəfindən formalaşdırılmalı və üzvləri də Prezident tərəfindən təyin edilməlidir.

Bu istiqamətdə dünyada müxtəlif modellər var. Qonşu ölkələrin də bir çoxunda artıq bu modellər tətbiq olunur. Bizdə hansı modelin tətbiq ediləcəyi, hansı səlahiyyətlər və vəzifələrin MTŞ-na veriləcəyi ilə bağlı müşakilərə aparılmır.Ümid edirəm, İTKM bu məsələni də gündəmdə saxlayacaq. Düşünürəm ki, əgər Strateji Yol Xəritəsinin bu bəndi həyata keçiriləcəksə, ləngimədən bu istiqamətdə beynəlxalq ekspertlərin də iştirakı ilə müzakirələrin aparılması çox faydalı olar”.

Cebhe.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz