Axtarış...

«142 nömrəsi, 20 obyekti var – cəmi 972 manat vergi ödəyib» - VERGİDƏN AÇIQLAMA

«142 nömrəsi, 20 obyekti var – cəmi 972 manat vergi ödəyib» - VERGİDƏN AÇIQLAMA

Vergilər Nazirliyi Lerik rayonunda yerləşən «Relaks» istirahət mərkəzində ciddi vergidən yayınma hallarının olduğunu açıqlayıb.
FED.az xatırladır ki, ötən həftədən etibarən nazirlik mərkəzdə yoxlamalara başlayıb. Nazirlikdən FED.az-a bildirilib ki, burada yoxlama aparılmasının səbəbi vergidən yayınma ehtimalının böyük olması idi.

Nazirlik bildirib ki, nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub: "Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib".

"Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişlər"-deyə nazirlik bildirir.

İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmamışdır.
Bu səbəbdən, real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz