Son məlumatlara görə, deputat İqbal Məmmədovun bağlanan müəssisələrindən biri Piran Çınqıl və Şebel zavodudur.
***
Dia.az xəbər verir ki, deputat İqbal Məmmədovun olduğu deyiən mərkəzdə onun oğlu və yaxın qohumları vergi əməkdaşlarının araşdırma aparmasına imkan verməyiblər. Nəticədə, tərəflər arasında qarşıdurma yaranıb. Məlumatlara görə, deputatın qohumları vergi işçilərini döyüblər.
Hadisədən sonra ərazidə DİN-in BMCMİ əməliyyat keçirib və 6 nəfəri həbs edib. Onların arasında deputatın oğlu Mirhəmid Nərimanlı və qardaşı Çingiz Məmmədovun oğlu Orxan Nərimanlı da var. “Relax” İstirahət Mərkəzi isə bağlanılıb.
Hadisədən sonra İqbal Məmmədova məxsus daha iki zavod fəaiyyətini dayandırıb. Bəzi məlumatlara görə, zavdarın fəaiyyətərini dayandırmasına səbəb deputatın cəzalandırılmasıdır. Lakin o da iddia edilir ki, həmin zavodlarda Vergilər Nazirliyinin əməkdaşları yoxlama aparırlar. (JAMAZ.info)