Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15000 manat və 15000 ABŞ dolları, habelə 40000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.