Axtarış...

DÖVLƏTİ DEFOLTA APARAN SƏBƏB

DÖVLƏTİ DEFOLTA APARAN SƏBƏB

Əvvəllki yazıya linkdən bax :

http://millitv.info/18250-dovleti-defolta-aparan-nedir.html



Davamı.



ÖLKƏDƏN ÇIXAN VALYUTANIN QARŞISINI ALMAMAQ DÖVLƏTİ DEFOLTA APARIR



Son iqtisadi silkələmələr onu göstərir ki, Azərbaycandan çıxan küllü miqdarda valyutanın həcmi gün-gündən artır. Süni şəkildə maneələr qoyulsa da, ölkəmizdə olan başqa ölkələrin bankları bu işdə əməlli başlı əllərini qızdırırlar. Təsəvvür edin ki, xaricə pul çıxartmaq istəyirsən, 10 min dollardan artıq qoymurlar Xaricə gedənlər nə edirlər? Artıq pulunu çıxarmaq üçün Azərbaycanda olan Türkiyə və başqa ölkələrin bankları vasitəsi ilə həyata keçirirlər. Məsələn, Türkiyə bankları pulu keçirmək üçün bir-ki faiz alır. Nəticədə itirən Azərbaycanlılar və Azərbaycandır. Olmazmı ki, aşkarlıq şəklində pulu ölkədən çıxaranlar elə Azərbaycana bu bir-ki faiz verib çıxartsınlar? Belə olduqda valyuta əməliyyatlarının mahiyyətini və valyutanın hara getdiyindən dövlətin də xəbəri olur. Bunun əsasında hansı sahələrin istər iqtisadi, istərsə məişət sahələrinin valyutanın ölkədən çıxarılması səbəblərin öyrənmək, proqnozlaşdırmaq, son nəticədə valyutanın ölkədə qalması üçün həqiqi şərait yaratmaq mümkündür. Gəlin hansı sahələrin ölkədən valyuta çıxardığını araşdıraq.


1.Təhsildən itirilən valyutalar.



Azərbaycan xalqının mental xüsusiyyətlərindən biri gənclərin ali savada olan həvəsidir. Dünyada elə bir xalq tapılmaz ki, adam başına düşən diplomların sayı Azərbaycanlılardan çox olsun. Varıdatından asılı olmayaraq azərbaycanlıların ailə başçıları balalarına ali təhsil verməyi özlərinə valideyn borcu bilirlər. Elə bil bu ata və anaların genetik koduna yazılıb.


Bu xüsusiyyət Azərbaycanlılara xas olduğundan gələcəkdə demək olar ki, balalarımız çoxunun ali savadlı olacağını dəlalət verir. Bu pis xüsusiyyət deyil. Ali savadlı gənclərin olması düşünən beyinlərin mövcudluğudur. Nə qədər belə insanların sayı çox olsa, bir o qədər ölkəmizdə problemlərin həllini bacaran gənclərimiz çox olar. Bununla belə ali təhsilə həvəs olsa da, oxumaq istəyənlərin sayını universitetlərə qəbul imtahanları məhdudlaşdırır. Bundan əlavə testlə imtahan verib daxil olanların 50%-dən çoxu məcbur olub seçdiyi iqtisası alır və bir az oxuduqdan sonra seçmədiyi ixtisasa həvəsi olmadığından, onda təhsilə həvəs ölür. Gəlin razılaşaq ki, belə tələbələrin çoxu ancaq diplom almağa görə oxuyurlar Ali məktəblərdə rüşvətin yayılmasına səbəb tələbələrin oxumamasıdır. Oxuyan tələbəni isə müəllim heç vaxt kəsməz.


ABŞ-da təhsilin inkişafı ilə bağlı fond yarananda, ilk qərar ali təhsil ocaqlarına abutruyentləri imtahan vermədən qəbul etmək qərarına gəldilər. Bu cür qəbul təhsil sisteminə milyonlar gətirdi. Bu qərardan sonra istənilən adam ali təhsil ala bilərdi.Dünyanın sivil ölkələri başqa ölkələrin ali təhsilə olan həvəsini görüb, təhsili dövlətə həqiqi gəlir gətirən iqtisadi mexanizmə çeviriblər. Odur ki, bu ölkələrdə təhsil pullu olduğunda qəbul imtahanı deyilən anlayış yoxdur. Bu və digər sahədə təhsil almaq istəyən tələbənin oxuması üçün hər bir şərait vardır, təki təhsil haqqını ödəyəsən.


Test üsulu ilə pullu təhsilə qəbul olmaq gülüncdür. Pullu təhsili qabul imtahanından dən azad etsək demək olar ki ,Dövlətin büdcəsini milyonlarla pul gələr. Dünyanın bütün ölkələrində olduğu kimi pullu təhsilin əsas prinsipi kimi tələbənin öz ixtisasını seçməsi və istədiyi ixtisas üzrə oxumasıdır. Yuxarıda göstərdiyimiz kimi öz sahəsini seçmiş tələbənin təhsilə olan həvəsi onun yaxşı təhsil almasına şərait yaradacaq, bundan əlavə universitetlərə gələn pulun həcmini artıracaq və yeni laboratoriyalar və ixtisaslar açmaq üçün şərait yaradacaq. Ən əsası odur ki, təhsilin səviyyəsi qaldıracaq.


Valideynlər testlə daxil olmayan övladlarını xaricə oxumağa göndərirlər.



Gedənləri sayı isə bir deyil, yüz deyil, söhbət on minlərlə gəncdən gedir. Bir tərəfdən ölkəni gənclər tərk edir, digər tərəfdən Azərbaycandan xaricə milyonlarla valyuta axır. Bu çox ciddi dövləti məsələdir. Əgər bizim siyasətimizdə pulların xaricə axmasının qarşısını almaq üçün addımlar atılmırsa, ölkəni bütün bu əməllər defolta aparır. Biz elə etməliyik ki, ölkənin gəncləri ali təhsili Azərbaycanda alsınlar, özü də aldığı təhsilin səviyyəsi heç də ABŞ,Avropa ölkələrindən geri qalmasın. Bunun çox asan yolu var. Pulla universitetdə oxumaq istəyənləri test imtahanı vermədən qəbul etmək və universitetlərin beləliklə imkanlarını artırmaq olar. Bu cür qəbul xaricə gənc axınının qarşısını alar, digər tərəfdən universitetlərin maddi-texniki, o cümlədən maliyyə problemlərini bircə anın içində həll edər.İndiki dövrdə Azərbaycanın ali təhsil sistemi ölkəmizdən valyutanın çıxarılmasına səbəbkardırlar. Onların ölkəyə vurduğu maliyyə zərbəsi hər il milyonlarla ölçülür. Pullu təhsili qəbul imtahanı vermədən həyata keçirsək, təhsilin nə olduğunu bilməyən, Avropa təhsilindən danışan kəmsavad məmurların hoqqabazlıqlarına son qoymaq lazımdır.


Səhiyyənin Azərbaycandan valyutanın çıxarılmasında oynadığı rol heç də başqa sahələrdən az deyil.

İlk növbədə biz xəstəliyə düçar olmuş Azərbaycanlıların Rusiya, İran, Türkiyəyə və başqa ölkələrə axışıb getmələrinin səbəbini araşdırıb düzgün nəticələr çıxartmalı və səhiyyədə olan ciddi çatışmamazlıqları ortaya çıxarıb, ağıllı islahatlar keçirməliyik. İnsanların xarici ölkələrə gedib, müalicə olmalarının səbəblərini araşdıran AMAC-n gəldiyi nəticələr isə bunlardır.Xaricdə dərman və müalicə ocaqları çox ucuzdur, demək olar ki, Azərbaycandan üç dəfə ucuzdur. Elə götürək qonşu İranı. Həkimlərin professional səviyyəsi yüksəkdir. Xaricdə müalicə alanların hamısı Azərbaycan həkimlərinin kəm-savadlılığından danışırlar və haqlıdırlar.


ATU-nu bitirənlərin arasında elələri vardır ki, heç həkimlikdən xəbəri yoxdur. Səbəb, əlbəttə ki, təhsildə olan rüşvətlə bağlıdır. Qiyməti pulla yazdıran tələbələr kitab oxumurlar. Nəticədə xəstələri müalicə etmək əvəzinə o dünyalıq edirlər. Minlərlə misal gətirmək olar. Xəstə bu kəmsavad həkimlərin əllərindən canlarını qurtaraq üçün xaricə üz tuturlar. Nəticədə sağalıb, gəlirlər və Azərbaycan səhiyyəsinin biabırçılığından danışırlar. Vunu eşidənlər yerli həkimlərdən qaçırlar.Bununla belə, onu da qeyd etməliyik ki, Azərbaycanda da savadlı həkimlər dı çoxdur, ancaq onların müalicə üçün aldıqları haqq böyük olduğundan, xəstənin xaricə getməyi özü üçün sərfəli bilir.


Daha bir arqument, Azərbaycanda səhiyyə sistemində müasir tibb texnologiyanın tətbiqi geniş yer almayıb.

Bu sahədə Səhiyyənin Azərbaycanda geri qaldığından danışmaq düzgün olmazdı. Çünki bu saat Azərbaycanda ən müasir səhiyyə texnologiyası mövcuddur, ancaq bu texnologiyadan istifadə edən həkimlər xaricdə oxuyub gələnlər və yaxud ciddi təcrübə keçənlərdir. Qalanları isə, ATU qurtaranlar, bu aparatları və texnologiyaları işlətməyə nə savadları çatır, nə də bilikləri. Həmin texnologiyalara aid dərslər bu universitetdə keçirilmir. Odur ki, bu aparatları və cihazları işlətmək üçün məzunları yenidən hazırlamaq tələb olunur.Müasir tibb texnologiyasını işlətmək üçün istənilən qədər həkimlərimiz yoxdur. Bu da özünü səhiyyənin keyfiyyətində göstərir.Bütün yuxarıda göstərilən səbəblər aradan qaldırılmasa, Azərbaycandan başqa ölkələrə axan valyutanın həcmi azalmayacaq. İlk növbədə dərmanların və tibb xidmətlərinin qiymətləri ən azı üç dəfə azaldılmalıdır ki, ölkədən vətəndaşlar valyutanı xarici ölkələrə çıxarmasınlar. Bu məsələnin sadə həllidir.


2. Azərbaycanda turizm sahəsi təkminləşdirilməlidir



Bu gün turizmin inkişa danışmağımıza ehtiyac yoxdur, çünki tikilən turizm obyektləri göz oynadır. İndi Azərbaycanın turizm imkanları qonşuölkələrinin imkanlarından qat-qat üstündür. Bundan əlavə Azərbaycanın təbii imkanları daha genişdir və turistlərin axtardıqları yerlərdir. Türkiyə, Gürcüstan dəniz sahilləri daşlıqdır, Bununla belə bura turistlər az gəlirlər. üzlərini tuturlar başqa ölkələrə.Səbəbini aradırsaq görərik ki, səbəbi Azərbaycanda süni şəkildə yaradılan bahaçılıqdır. Azərbaycana gələn turistlərin qarşısını bu bahaçılıq alır. Təsəvvür edin: 4-5 ulduzu otellər 10-12 günlüyə Azərbaycan turistlərini Antalyaya aparır, gündə ən azı üç dəfə yemək, içmək, musiqi, əyləncələr verir. Qiyməti neçəyə olsa yaxşıdır 280-300 manata.


Bizdə isə şəhərdən çıxıb turizm obyektinə yanaşsan 1 günü ən azı 180-200 manata başa gələcək. Yerli əhalinin istirahət üçün bizim turizim müəssələrinə az müraciət etməsinin fərq budur.


Odur ki, istirahət üçün xalq üz tutur Türkiyəyə və Gürcüstana. Onu da deyək ki, qonşu respublikaya gedənlərin sayı daha da çoxdur.Gedənlər isə bu ölkələrə cibi boş getmir. Milyonlarla dollar çıxarırlar.Turizm nazirliyi görəsən bu pulların respublikamızda qalmağını düşünürmü? Əgər düşünürsə, elə etməlidir ki, Azərbaycanda turizm xidmətləri ən azı Türkiyə və Gürcüstandakı kimi keyfiyyətli və ucuz olsun. Belə olduqda, heç bir azərbaycanlı mavi Xəzərini qoyub, başqa ölkələrə getməz, bundan əlavə ucuzluğu görən xarici turistlərin Azərbaycana axını başlayar. İndi isə ölkəmizə gələn turistləri sayı çox azdır. Onların sayının artması təkcə turizm sahəsinin inkişafı deyil, eyni zamanda yeyinti, kənd təsərrüfatı və yüngül sənayenin inkişafına təkandır.


Bu on millərlə insan üçün iş yerləri və qazanc mənbəyidir.Ancaq gələnlərin sayı artmaması bir yana, özümüzkülər Azərbaycanı tərk edib, xarici ölkələrə dincəlməyə gedirlər.Fikir verin gürcülərə! Onlar ancaq Gürcüstanda dincəlirlər. Səbəb burada ucuzluqdur. Bundan bizinkilərdə nəticə çıxartmalıdır. Anlamaldırlar ki, süni şəkildə qiymətləri qaldırdıqca, Azərbaycana gələn turistləri sayı da azalır. Əgər gələn turistlərin sayını artırmaq istəyiriksə, xidmətləri ucuzlaşdırmalıyıq. Əks halda Azərbaycandan xaricə pul axının qarşısını ala bilməyəcəyik.Azərbaycan iqtidarı hər qəpiyini qorumalı və çalışmalıdır ki, xaricə çıxarılan pulun qarşısı ciddi islahatlarla alsın, əks halda ölkəni defolt gözləyir.


(Ardı var)



AMAC - HƏRƏKATININ LİDERİ
TAHİR CƏFƏRLİ



MİLLİTV.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz