Axtarış...

BSU-da şübhəli maliyyə maxinasiyaları - İTTİHAM

BSU-da şübhəli maliyyə maxinasiyaları - İTTİHAM

Hesablama Palatasının Bakı Slavyan Universitetində (BSU) apardığı yoxlamalar nəticəsində ciddi yeyinti faktları aşkarlanıb. Həm Nurlana Əliyevanın timsalında BSU rəhbərliyi susur, həm də müvafiq qurumlar aidiyyatı üzrə araşdırmanı davam etdirmirlər. Çünki ortaya daha ciddi faktlar çıxarıla bilər.
Bizimdovr.az-a daxil olan məlumatlara görə BSU-nun balansındakı buraxılış ili 1997-ci il olan “QAZ-3110” markalı avtomobil 2015-ci ildən istifadəyə yararsız olduğu və faktiki sürülmədiyi halda, 2016-cı ilin yanvar-iyun aylarında ona ümumilikdə 1280,0 manat yanacaq xərci silinib. Bu maxinasiya Hesablama Palatasının Bakı Slavyan Universitetində apardığı audit yoxlaması zamanı üzə çıxıb.
Bakı Slavyan Universiteti üzrə daxilolmaların, xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun auditi 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə, 2018-ci ilin 19 sentyabr tarixindən 19 oktyabr tarixinədək aparılıb. Sənəddə qeyd edilib ki, 2016-cı ilin iyun ayında bu avtomobilə quraşdırılmasına dair universitetin 2 təsərrüfat işçisi və sürücü tərəfindən imzalanmış akt əsasında 1150 manat dəyərində ehtiyat hissələri də silinib.
Audit yoxlaması nəticəsində 1 halda mətbəə mallarının alınması məqsədilə “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə əməl edilməyərək, universitetin tədris işləri üzrə prorektoru tərəfindən təsis edilmiş tərcümə mərkəzinin kotirovka sorğusunda qalib elan edildiyi də üzə çıxarılıb. Amma BSU-nun rektorluğu və mühasibatlığı tərəfindən heç bir rəsmi açıqlama verilməyib, Hesablama Palatasının aşkarlığı fakt üzrə hüquq-mühafizə orqanlarına materialların təqdim edilib-edilmədiyi bildirilmir. Görəsən benzin maxinasiyasına yol verənlər hansı “diplom”un sahibidirlər ki, ağıllarından belə işlər də keçir.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz