Biləsuvar rayon sakini qısqanclıq zəminində həyat yoldaşına bıçaqla çoxsaylı zərbələr vurub.
ONA-nın məlumatına görə, mayın 1-də Biləsuvar şəhər sakini, 1961-ci il təvəllüdlü Mirzəyeva Təzəgül Hüseynxan qızı bıçaq xəsarətləri alaraq Biləsuvar Mərkəzi rayon Xəstəxanasına daxil olub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, 1946-cı il təvəllüdlü Əhmədov Sahib Mustafa oğlu qısqanclıq zəminində, yaşadığı evin həyətində Təzəgül Mirzəyeva ilə mübahisə edərkən bıçaqla bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib. T.Mirzəyeva təcili tibbi yardım avtomobili ilə Biləsuvar rayon xəstəxanasına aparılıb, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisəni törədən Sahib Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma gedir.