Axtarış...

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10,7 milyon manat güzəştli kredit verilib

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10,7 milyon manat güzəştli kredit verilib

Aprelin 25-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirilən işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10,7 milyon manat güzəştli kredit verilib.

AZƏRTAC xəbər verir ki, bu kreditlər heyvandarlıq, quşçuluq, müasir istixana kompleksinin yaradılması və sair sahələrə yönəldiləcək, investisiya layihələrinin reallaşdırılması 300-dək yeni iş yerinin yaradılmasına imkan yaradacaq.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, indiyədək Bakı və onun qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 600 milyon manat güzəştli kredit verilib. Respublika üzrə bu ilin ötən dövründə investisiya dəyəri 145,7 milyon manat olan 215 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,7 milyon manat güzəştli kredit ayrılıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz