Axtarış...

Təhsil Nazirliyi Bakıda internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib

Təhsil Nazirliyi Bakıda internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib

Təhsil Nazirliyi Bakının Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, internat məktəbi barədə sosial şəbəkədə yazı paylaşan müəllif Təhsil Nazirliyinə dəvət edilib və məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək.

"Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər edib, orada olan vəziyyətlə bilavasitə özləri tanış olub və yaxın saatlarda bu barədə reportajlar təqdim edəcəklər. Son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəlif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib"- deyə qurumdan bildirilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz