Beyləqanın Əlinəzərli kənd sakini Əliyev Ruhid Məhəmməd oğlu rayonun keçmiş deputatı Ayaz Orucov barəsində şok iddialar irəli sürüb. R.Əliyev sosial şəbəkədəki açıqlamasında qeyd edir:
“Mən Beyləqan rayon Əlinəzərli kənd sakini Əliyev Ruhid Məhəmməd oğlu, yazaraq sizə bildirmək istəyirəm ki, 2014-cü ildən Beyləqan rayonunda keçmiş deputat olan Ayaz Orucov öz vəzifəsindən sui-istifadə edərək 1995-ci ildən qanuni sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyestrində bizim ailəyə məxsus Beyləqan şəhərinin mərkəzində yerləşən 20 sot torpaq sahəmizi zor gücünə əlimizdən almış, deputat olarkən dövlətdən əyri yollarla oğurladığı 1 hektara yaxın torpaq sahəsində (güya həmin yerdə musiqi məktəbi tikiləcəkdi) özü üçün qeyri-qanuni inşa etdirdiyi qəsrin ərazsinə qatmışdır.
O vaxtdan etibarən dəfələrlə hökumətə etdiyimiz şikayətlər əsasında torpağımızı özümüzə qaytarıb, yenə aradan üç-dörd gün keçməmiş Ayaz Orucovun və onun cinayətkar ətrafının təyziqi nəticəsində bizi qanuni mülkümüzdən qanunsuz olaraq polisin əli ilə kənarlaşdırmışlar.
Sizə onu da bildirmək istəyirəm ki, Ayaz Orucov və onun cinayətkar dəstəsi Beyləqan rayon İcra Hakimiyyətinə və Beyləqan rayon hüquq mühafizə orqanlarına özlərinə məxsus olan cinayətkar yollarla qurduqları “Hidromaş” şirkətini Heydər Əliyev Fondunun bir qolu kimi təqdim edərək, təzyiqlər, hədə-qorxular gəlirlər ki, bizim qanuni hüququmuz, haqqımız bərpa olunmasın.
Biz bu barədə ətraflı maraqlanmışıq ki, nə “Hidromaş” şirkətinin, nə də Ayaz Orucov və cinayətkar dəstəsinin Heydər Əliyev Fonduna heç bir aidiyyəti yoxdur. Heydər Əliyev Fondu xalqa kömək məqsədi ilə yaradılmış bir qurumdur. Buna ölkə rəhbərliyi də qəti icazə verməz ki, hansısa cinayətkarlar Heydər Əliyev Fondunun adından istifadə edib, sadə vətəndaşların mal-mülkünü zəbt edərək, əllərindən alsınlar.
Sizdən xahişim ondan ibarətdir ki, bu məsələni işıqlandıraraq Ayaz Orucov və cinayətkar dəstəsinin Heydər Əliyev Fondunun adından istifadə etməklə, sadə vətəndaşları talayaraq, ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın adına ləkə gəirmələrini onlara çatdırasınız ki, Ayaz Orucov və onun cinayətkar dəstəsi barəsində qəti tədbirlər görsünlər və onlar tərəfindən kobudcasına pozulmuş qanuni haqqımız, hüququmuz bərpa olunsun”.
Hurriyyet.org