Axtarış...

Dəhşətli terrorda ölənlərin sayı 50-yə çatdı - Yeni Zelandiyada

Dəhşətli terrorda ölənlərin sayı 50-yə çatdı - Yeni Zelandiyada

Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məscidə hücum nəticəsində ölənlərin sayı artıb.

Trend bildirir ki, ölkə polisinin komissarı Mayk Buş bildirib ki, ölənlərin sayı 50 nəfərə çatıb. Onun sözlərinə görə, yaralıların da sayı 50 nəfər təşkil edir.

Daha əvvəl 49 nəfərin öldüyü bildirilirdi.


Qeyd edək ki, martın 15 silahlı şəxslər Kraystçerç şəhərində "Ən-Nur" və "Linvud" məscidlərinə hücum ediblər. Terror aktı ilə əlaqədar 3 nəfər saxlanılıb.(Trend)
Text-to-Speech

DİNLƏ






Şərh yaz