Erməni əsilli rusiyalı iş adamı, milyarder Samvel Karapetyanın “Taşir” şirkətinə məxsus olan və Moskvanın Tver küçəsində yerləşən “Araqvi” restoranı bağlanıb.
“Report” “Kommersant”a istinadən xəbər verir ki, bunu restoranın direktoru, “Taşir”a şirkətinin nümayəndəsi bildirib.
Qəzet yazıb ki, restoran Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanla “Taşir” şirkətinin başçısı Samvel Karapetyan arasındakı münaqişə səbəbindən bağlanıb.
Məlumata görə, “Araqvi” 10 zaldan və 240 yerdən ibarətdir. Restoranın ümumi sahəsi 1800 kv.m-dir. Orada orta hesabla hər müştəri 1500 rubl (23 dollar) ödəyir.