Axtarış...

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi transplantasiya əməliyyatlarının xərclərini üzərinə götürməlidir” - deputat

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi transplantasiya əməliyyatlarının xərclərini üzərinə götürməlidir” - deputat

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi donor transplantasiyası ilə bağlı əməliyyatların xərclərini öz üzərinə götürməlidir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi insan orqanlarının donorluğu və transplantasiyası ilə bağlı dinləmədə komitənin sədri Əhliman Əmiraslanov deyib.

Onun sözlərinə görə, elə insanlar var ki, bu əməliyyatlara pulu yoxdur: “Belə əməliyyatlar gecikdirilə bilməz. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5-6 əməliyyatı öz üzərinə götürməklə işini bitmiş hesab etməli deyil. Xahiş edirəm ki, bu təklifim dövlət agentliyinin sədri Zaur Əliyevə çatdırılsın. Yəni bu istiqamət üzrə tutumlu maliyyə ayrılmalıdır. Düşünməyin ki, dövlət büdcəsindən bu istiqamətdə sizə vəsait ayrılacaq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz