Ermənistan parlamentinin Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik üzrə Daimi Komitəsi Qarabağ məsələsinin həlli ilə bağlı dinləmələr keçirəcək.
Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, dinləmələrdə Qarabağ probleminin
müzakirə masasına gətirilməsi imkanları şərh olunacaq, bununla bağlı müxtəlif rəy və təkliflər dəyərləndiriləcək.
Sözügedən müzakirələrlə bağlı diqqətçəkən məqamlardan biri də İrəvanda keçiriləcək dinləmələrə qondarma “respulika”dan da bəzi separatçların qatılmasıdır. Belə ki, müzakirələrin “daha dolğun” alınması üçün parlamentdəki dinləmələrə Azərbaycanın işğal edilmiş torpaqlarında formalaşan separatçı rejimin təmsilçiləri də iştirak edəcək.
Məsələ ilə bağlı erməni jurnalistlərinə açıqlama verən erməni milət vəkili Abdranik Koçaryan qeyd edib ki, bu müzakirələr Ermənistanın mənfəəti üçündür və məqsəd ölkənin müdafiə gücünün artırılmasına nail olmaqdır.