Axtarış...

Şirkət rəhbərliyi sakinlərin işıq və suyunu kəsib, 800 manat tələb edir - QALMAQAL

Şirkət rəhbərliyi sakinlərin işıq və suyunu kəsib, 800 manat tələb edir - QALMAQAL

Artıq bir aydan çoxdur ki, “AAAF Park” Yaşayış Kompleksi sakinlərinin problemləri ilə bağlı saytımızda məlumatlar getməkdədir. Təəssüflər olsun ki, AAAF Park Yaşayış Kompleksinin Mətbuat Xidmətindən bu vaxtadək sakinlərin problemləri ilə bağlı tutarlı cavab ala bilməmişik.

Sakinləri soyuq qış günlərində işıqsız, susuz, istiliksiz qoyan “AAAF Park” rəhbərliyi indi də sakinlərin şəxsi məlumatlarını, “borc”ları haqda məlumatları digər sakinlərə ötürməklə məlumat gizliliyinə xələl gətirir. Artıq bununla bağlı 10-la sakin Avropa.info-ya müraciət ünvanlayıb.

“AAAF Park” rəhbərliyi iddia edir ki, “Azərişıq” ASC-nin bütün yaşayış komplekslərində sayğacların smart sayğaclarla dəyişdirilməsini tələb edir. Lakin, sakinlərin saytımıza müraciətlərindən bəlli olur ki, “AAAF Park” Yaşayış Kompleksində quraşdırılan sayğaclardan heç bir smart sayğac deyil.

“Azərişıq” ASC-nin yaydığı məlumata əsasən ölkə ərazisində smart sayğac quraşdırmaları kütləvi şəkildə həyata keçirilməyəcək. Bəs “AAAF Park” rəhbərliyi nədən hər sakindən 800 manat pul tələb edir?

“AAAF Park” Kompleksi sakinlərinin bildirdiyinə görə , toplanan 800 manat məhz rüşvətdir.

“Buradan görünən budur ki, “AAAF Park” 800 manat məbləğində sakinlərdən rüşvət toplamaqla məşğuldur. Kompleksdə ödənişlər nağdsız olaraq həyata keçirilir. Bu isə Vergilər Nazirliyinin qanunlarına ziddir, cinayətdir. Xidmətlərə gəlincə, hər gün yaşayış kompleksində işıqlar keçirilir, sular kəsilir. Bilərək bu əməllərə əl atıb sakinləri təhdid edirlər ki, bəlkə qanunları bilməyən adamlar gəlib qanunsuz ödəniş edələr” – Sakinlərin müraciətində belə deyilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
0
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz