Axtarış...

İraq prezidenti İranda səfərdədir

İraq prezidenti İranda səfərdədir

İraq prezidenti Bərhəm Salehin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Tehrana səfər edib.

Millitv.az İran KİV-inə istinadən xəbər verir ki, səfər iki gün sürəcək.

Bildirilib ki, o, İran Prezidenti Həsən Ruhani və başqa rəsmilərlə görüşəcək. Görüşlərdə İran-İraq əlaqələrinin genişləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Səfər zamanı ölkə rəsmiləri arasında əməkdaşlıqla bağlı bir neçə sənədin imzalanacağı da gözlənilir. Görüşün sonunda prezidentlər birgə mətbuat konfransı keçirəcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz